Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlı və tələbələri “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda iştirak ediblər.

 

Universitetdən bildirilib ki, tələbələr 2 kateqoriyada yarışıblar. Qızlar kateqoriyasında “ADPU Girls” komandasında ADPU-nun riyaziyyat fakültəsinin “İnformatika müəllimliyi” ixtisasının IV  kurs tələbəsi Tamara Manaflı və “Riyaziyyat müəllimliyi” ixtisasının məzunu Türkanə Qəhrəmanlı I yerə layiq görülüb. Yaşıl sahibkarlıq kateqoriyasında "Azirrigation" komandasından ADPU-nun “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının SABAH qrupları üzrə V kurs tələbəsi Elmira Poladova isə III yeri tutub.  

 

Hər iki komanda aprel ayında Türkiyənin Antalya şəhərində keçiriləcək “Robotex Türkiyə Çempionatı”nda iştirak haqqı qazanıb.