Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı qaydalar hazırlanır. Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qaydalar hazır olduqda  ictimaiyyətə məlumat veriləcək.

 

Xatırladaq ki, bu il ölkə ərazisindəki bütün məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bu qiymətləndirmə gələn il üçün planlaşdırılan sertifikatlaşdırma prosesinə hazırlıq məqsədi daşıyır.

 

Ruhiyyə