Naxçıvan Dövlət Universitetində artıq  ənənə halını alan layihə çərçivəsində bu dəfəki görüş ali təhsil ocağının əcnəbi tələbələri ilə keçirilib.

 

Tədbirdə universitetin rektoru Elbrus İsayev, beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, ümumi işlər üzrə prorektoru Xəyal Camalov, tibb fakültəsinin dekanı İlhamə Mustafayeva iştirak ediblər.

 

Rektor qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı əcnəbi tələbələrin sayca üstünlüyü ilə digər universitetlərdən fərqlənir. Xarici tələbələrin həm tədris mühitində, həm də ictimai işlərdə xüsusi fəallıq göstərdiyi vurğulanıb. E.İsayev bildirib ki, onlar yerli tələbələrlə bərabər Tələbə Elmi Cəmiyyəti xətti ilə müvafiq sahələr üzrə elmi işlər yazır, müəllimlərlə bərabər tədqiqat aparır, əlamətdar tarixi günlərdə keçirilən tədbirlərdə, idman və digər intellektual yarışlarda fəal iştirak edirlər. Rektor vurğulayıb ki, xarici tələbələrin ekskursiyalarda, gəzintilərdə olması da daim diqqət mərkəzində saxlanılır.

 

Rektor 3 saat ərzində  xarici tələbələrin 30-dan çox sualını ətraflı cavablandırıb, müraciət və təkliflərini dinləyib.