Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov Naxçıvan Dövlət Universitetinin (NDU)  tələbələri ilə görüşüb.

 

Görüşdə çıxış edən NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov haqqında məlumat verib, ali təhsil ocağı ilə “Cahan Holdinq” in birgə əməkdaşlığına nəzər salıb.

 

Qeyd olunub ki, uzun illərdən bəri davam edən əməkdaşlıq nəticəsində şirkətlə birgə xüsusi layihələr icra olunub. Prorektor son günlərdə “Cahan Holdinq”  ilə imzalanan müqavilənin əməkdaşlığı daha da inkişaf etdirəcəyinə əminliyini söyləyib.

 

“Cahan Holdinq”in təsisçisi Vüqar Abbasov isə qeyd edib ki, dövlət orqanları, qeyri-hökumət təşkilatları, müvafiq idarə, müəssisələr universitetlərə dəstək olmalıdır.

 

O, “Cahan Holdinq”in yaranma tarixi və fəaliyyət sahələri haqqında tələbələrə geniş məlumat verib, şəxsi təcrübələrini, öz biznesini qurmaq üçün müasir dövrdə tələb olunan meyarları iştirakçılarla bölüşüb.
 

Tədbir diskussiya şəklində davam edib.