Ümumi təhsil müəssisələrində Novruz bayramı şənlikləri keçirilib. İşğaldan azad olunmuş Laçın rayonunun Zabux kənd tam orta məktəbində də Novruz tonqalı yandırılıb, bayrama aid səhnəciklər, milli rəqslər nümayiş etdirilib.