Lənkəran Dövlət Universitetinin (LDU) tərəfdaş olduğu və Xəzər Universitetinin koordinatorluq etdiyi DIRNA (Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi) layihəsinin təşkilatçılığı ilə İtaliyanın L`Akuila şəhərində təlim keçirilib. Təlimdə Lənkəran Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Günel Məmmədova və texnologiya və texniki fənnlər kafedrasının baş müəllimi Vüsalə Muradova iştirak ediblər.

 

Qeyd edək ki, DIRNA-nın məqsədi təkcə keyfiyyətli elmi tədqiqatın üzə çıxarılması və idarə olunmasını təkmilləşdirmək deyil, həm də tədqiqat nəticələrinə açıq çıxışı dəstəkləmək, ölkə daxilində ali təhsil müəssisələri arasında elmi əlaqə və koordinasiyanı saxlamaq, təşviq etməkdir.

 

Təklif olunan platforma layihədəki boşluqları dolduran üç əsas komponentdən ibarət olacaq:

 

  1. Araşdırmağa imkan verən repozitorlar şəbəkəsi;
  2. Azərbaycan universitetlərinin həm bu gün, həm də gələcəkdə tədris, tədqiqat və əlaqəli fəaliyyətlərini dəstəkləyən çevik mərkəzi bilik repozitoru;
  3. Virtual Referans Mərkəzi institusional məlumatların idarə edilməsində istinad və tədqiqat fəaliyyəti mərkəzi kimi.

 

Layihəyə 8 Azərbaycan və 3 Avropa ali təhsil müəssisəsi daxildir.

 

Təlimin sonunda  iştirakçılara sertifikatlar təqdim olunub.