Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində (BANM) Süni intellekt elmi-tədqiqat laboratoriyası istifadəyə verilib.

 

BANM-ın rektoru Elmar Qasımov özünün Facebook səhifəsində bildirib ki, laboratoriya Ali Məktəbdə təhsil alan magistr və doktorant tələbələrin süni intellekt istiqamətində elmi-tədqiqat layihələrini həyata keçirmələri məqsədilə yaradılıb. Elmi-tədqiqat mərkəzində, həmçinin müxtəlif startap və qrant layihələrinin də reallaşdırılması nəzərdə tutulur.

 

“Burada Türkiyənin, Çinin, Böyük Britaniyanın müvafiq təhsil və tədqiqat qurumları ilə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır”-deyə rektor qeyd edib.