Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
 
 
TTKF-dən bildirilib ki, səfərin ilk günündə fondun rəhbəri Araz Paşayev Naxçıvan Müəllimlər Universitetinin, fondun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Naxçıvan Dövlət Texniki Kollecinin, fondun şöbə müdiri Tehranağa Abdullayev Naxçıvan şəhəri, həmçinin  fondun əməkdaşı Məhəmmədəli Abdin Babək rayonunda yerləşən ümumtəhsil məktəblərinin şagird, tələbə və pedaqoji heyəti ilə görüşlər keçiriblər. Görüşlər zamanı təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
 
 
Qeyd edək ki, 29 mart tarixinədək davam edəcək səfər çərçivəsində Naxçıvan Dövlət Universiteti, Naxçıvan Dövlət Tibb Kolleci, Naxçıvan Dövlət Musiqi Kollecində, həmçinin Şərur, Kəngərli, Sədərək, Culfa, Şahbuz və Ordubad rayonlarında maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.