Nobel mükafatı laureatı, professor Muhammad Yunus UNEC rektoruna müraciət edib. Müraciətində professor Muhammad Yunus UNEC rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi universitetin missiyasına töhfə vermək istəyini bildirib. 
 
Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov özünün Facebook səhifəsində  məlumat verib.  
 
 
“Müraciəti nəzərə alaraq Nobel mükafatı laureatı, professor Muhammad Yunusu bu gün UNEC rektorunun müşaviri təyin etdim”. UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel mükafatı laureatı, professor Muhammad Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm. Uğurlar! Hər şey daha da yaxşı olacaq!”-deyə rektor  qeyd edib.