Bakı Dövlət Universitetinin (BDU) Quba Tədris-təcrübə və istirahət Mərkəzində “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

 

BDU-dan bildirilib ki, aksiyada universitet rəhbərliyi və tələbələr iştirak ediblər.

 

Ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə dəstək olaraq baş tutan ağacəkmə kampaniyasında Mərkəzin ərazisində 100-dək ağac əkilib.

 

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.