Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə əməkdaşlar arasında Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş şahmat üzrə şəxsi birincilik turniri keçiriləcək.

 

BDU-dan bildirilib ki, turnirin püşkatma mərasimi 2024-cü ilin 3 aprel tarixində saat 13:30-da universitetin İdman-Sağlamlıq Mərkəzində olacaq. Qaliblər BDU HİK tərəfindən mükafatlandırılacaq.

 

Turnirdə iştirak etmək istəyən əməkdaşlar əlavə məlumat üçün (050) 329-03-20, (050) 322-85-18 telefon nömrələri ilə əlaqə saxlaya, eyni zamanda, İdman-Sağlamlıq Mərkəzinə müraciət edə bilərlər.