Tərtər Rayon  Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.

 

Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki,  müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə  keçirilir.

        

Müsabiqənin rayon mərhələsində 40 nəfər şagird iştirak edib.

                                                         

Şakir CƏFƏROV