“BDU könüllüləri” təşkilatı və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi Bakı Dövlət Universitetinin tələbələri arasında “100 il sonra BDU” adlı süni intellekt ilə dizayn müsabiqəsi elan edir.

 

BDU-dan bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin süni intellektlə işləmə bacarıqlarının yoxlanılması və təkmilləşdirilməsidir.

 

Müsabiqədə iştirak etmək istəyən tələbələr işlərini 21 aprel saat 23:59-dək aşağıdakı meyarlara cavab vermək şərti ilə [email protected] e-poçt ünvanına göndərməlidirlər:

 

  • Elektron məktubun mövzu hissəsində müsabiqənin adı (“100 il sonra BDU”) qeyd olunmalıdır;
  • Göndəriləcək iş (şəkil) yüksək keyfiyyətdə olmalıdır;
  • Bir tələbə yalnız 2 dizayn (şəkil) göndərə bilər;
  • Elektron məktubda əlaqə nömrəsi, fakültə, kurs, ad, soyad, ata adı qeyd edilməlidir.