Yeniyetmələr arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş cüdo üzrə açıq birincilik keçirilib.Birincilik “Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi, 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutub.

 

Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idman zalında keçirilən yarışda Qusar, Xaçmaz, Siyəzən rayon və Sumqayıt şəhər uşaq-gənclər idman-şahmat məktəblərindən, “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli və 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərindən 17 çəki dərəcəsi üzrə 158 idmançı mübarizə aparıb.

 

Birincilikdə komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə Qusar rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları layiq görülüb.

 

Müxtəlif çəki dərəcələri üzrə I,II və III yerləri tutan idmançılar medal və diplomlarla təltif edilib.

 

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd regionlarda məktəblilər arasında cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, onların sağlam həyat tərzinə cəlb edilməsi, perspektivli cüdoçuların müəyyən edilməsi və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.