Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı və “Maire Tecnimont” şirkətinin dəstəyi ilə yay məktəbi təşkil olunacaq.

 

16-24 sentyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək yay məktəbi  “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusuna həsr olunacaq.

 

Yay məktəbində əcnəbi tələbələrlə yanaşı, BANM-nin III və IV kurs tələbələri, o cümlədən magistrantlar iştirak edəcək. Ümumilikdə, yay məktəbinə 35 iştirakçı qatılacaq.

 

Proqram çərçivəsində iştirakçılar beynəlxalq və yerli ekspertlərin məruzələrini dinləmək, müxtəlif sosial-mədəni fəaliyyətlərə qoşulmaq və ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak etmək imkanı əldə edəcəklər.

 

Yay məktəbi müddətində BANM-in yüksəkixtisaslı professor-müəllim heyəti tərəfindən iştirakçılara müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək.