Pakistanın COMSTECH təşkilatının məsləhətçisi Dr.Xurşid Hasanain  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olub.

 

Qeyd edək ki, Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq layihənin hazırlanması üzrə ikinci məşvərətçi seminar öz işinə başlayıb.

 

Tədbirdə Azərbaycan, Pakistan, Qazaxıstan, Oman və İordaniyadan bitki genetik ehtiyatları və toxumçuluq üzrə 30-dan çox rəhbər şəxs və mütəxəssislər, həmçinin BMT-nin İnkişaf Proqramının (UNDP), Yaponiyanın JİCA təşkilatının, Dünya Bankının və Asiya İnkişaf Bankının nümayəndələri iştirak edirlər. Dr.Xurşid Hasanain da həmin seminar çərçivəsində  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparılan elmi işlərlə və laboratoriyaların təchizatı ilə tanış olub. O,  gələcəkdə layihə çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.