İstanbulda baş tutan G1 kateqoriyalı “Turkish Open” turnirində mübarizə aparan Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət yığma komandasının üç üzvü qızıl medala sahib olub. Milli komanda üçün ilin ilk beynəlxalq yarışı olan açıq çempionatda Cavad Ağayev (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsini qazanıblar.

 

Məhəmməd Məmmədov (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq yuxarı) isə bürünc medala layiq görülüblər. Yarışlarda ölkəmizi beynəlxalq dərəcəli hakimlər- Ramal Camalov, Elşad Məmmədov, Coşqun Nadirov və Aygül Abdullayeva təmsil ediblər.

 

Qeyd edək ki, komanda turnirdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin, baş məşqçilər Reza Mehmandoustun və Elnur Amanovun təşkilatçılığı ilə iştirak ediblər.

      

Sifai SƏFƏROVA