
"Nəzərdə tuturuq ki, kontingenti 10 mindən çox olmayan imtahanları gələn ildən etibarən tam şəkildə elektron formada keçirək. Kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərində təşkil olunacaq".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi çərçivəsində təşkil olunan tədbirdə deyib.
M.Abbaszadə əlavə edib ki, qarşıdakı beş il ərzində bütün imtahanların elektron formata keçirilməsi nəzərdə tutulur:
“Bu, bir tərəfdən müsbət haldır, digər tərəfdən isə bəzi çətinliklər yarada bilər. Elektron imtahanlarla bağlı problemlər təkcə bizdə deyil, bütün dünyada mövcuddur. Hazırda bir sıra beynəlxalq imtahanlar onlayn keçirilir. Biz bilirik ki, həmin imtahanlarda qaydaya zidd hallara rast gəlinir. Bu imtahanlar nəticəsində əldə olunan sertifikatlara tam etibar etmək olmur. Belə halları ötən il də, bu il də aşkarlamışıq. İstəmirik ki, bizim imtahan sistemində də bu cür hallar yaşansın. Buna görə də mərhələli və ehtiyatlı şəkildə addımlar atırıq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər