
Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ixtisas seçimi prosesi artıq başa çatıb. Hazırda abituriyentləri maraqlandıran əsas sual nəticələrin nə vaxt açıqlanacağı ilə bağlıdır.
“Azərbaycan müəllimi” xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən müsabiqə nəticələrinin emalı prosesinin davam etdiyi bildirilib. Bu mərhələdə ali təhsil müəssisələrinə – xüsusi təyinatlı ali məktəblərə, UFAZ-a, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına və digər ali təhsil müəssisələrinə yerləşdirilənlərin siyahısı dəqiqləşdirilir.
Məlumatda qeyd olunur ki, bu proses müəyyən vaxt tələb etdiyindən nəticələrin ümumi müsabiqədən əvvəl elan olunması nəzərdə tutulur.
Müsabiqənin yekun nəticələrinin növbəti həftənin əvvəlində açıqlanacağı gözlənilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər