
“Alim” adı o şəxslərə veriləcək ki, onlar elmə real töhfə qatıblar. Bu bizim üçün çox vacib məsələdir. Dünyada elmi pillələrdə irəliləməyin müxtəlif şərtləri mövcuddur. Elmə ilk qədəm qoyanda, sözsüz ki, kiçik addımlar atılır. Sonra bu addımlar tədricən artmalı və genişlənməlidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsil TV-nin “Təhsildəyik” verilişində səsləndirib.
“Ən vacib məsələ ondan ibarətdir ki, biz müasir dünya elmində mövcud olan standartlardan istifadə edərək alimləri məhz o tələblərə uyğun formalaşdıraq. Yəni alim məqalə yazmalı, tədqiqat aparmalı, öz üzərində daim işləməlidir. Bu, qaydaların sərtləşməsi demək deyil. Sadəcə, bu, müasir dövrdə “alim” olmağın əsas və zəruri şərtləridir”, – deyə əlavə edib.
N.Məmmədlinin fikrincə, bir dəfə fəlsəfə və ya elmlər doktoru adını alıb, bundan sonra elmdə heç bir yenilik etmək istəməyən şəxs zamanla universitet üçün faydasız hala gələcək:
“Universitet belə hallarda onunla bir və ya iki dəfə müqavilə bağlaya bilər, lakin üçüncü dəfə artıq həmin şəxs universitet üçün yükə çevriləcək. Çünki əgər o, universitetə məqalə gətirmirsə, elmi nəticə və ya kəşf təqdim etmirsə, universitet təbii olaraq deyəcək ki, bu şəxs artıq mənə lazım deyil”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər