Bütün xəbərlər
11 avqust, 09:01

Bu gündən ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminə start verilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19 avqust saat 23:59-dək in­ter­­net vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. İxtisasların siyahısı “Abituriyent” jurnalının 4 saylı buraxılışında verilib.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Müsabiqə şərtləri barədə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün 2025‑ci il avqustun 11-dən 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.

İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib.

Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka­lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 9 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.

Abituriyent Məsləhət Mərkəzlərinin ünvanları (Bakı şəhəri və DİM-in regional bölmələri üzrə)

Rayon Təhsil Sektorları və məktəblərdə fəaliyyət göstərən Səyyar Məsləhət Mərkəzləri

Şərhlər

Xəbər lenti

2 sentyabr, 19:50

İkinci “Məktəbli könüllü” proqramına qeydiyyat başlayıb

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:50

Məktəblər işə qəbulda portfolio tələb edir – Polşada çalışan azərbaycanlı müəllim

2 sentyabr, 15:23

“Sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm” – Gənc müəllimlə MÜSAHİBƏ

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

2 sentyabr, 11:11

Ali təhsildə inkişaf savadlı kollektivin formalaşmasından başlayır – AÇIQLAMA

2 sentyabr, 10:50

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

2 sentyabr, 10:41

Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar

2 sentyabr, 10:03

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

2 sentyabr, 09:48

Ali məktəb və kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

2 sentyabr, 09:38

İlin ikinci Ay tutulması baş verəcək

2 sentyabr, 09:04

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.