Bütün xəbərlər
5 iyul, 22:23

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində velosiped idmanının regionlarda inkişafını hədəfləyən mühüm layihəyə start verilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək pilot layihə ilkin mərhələdə ölkənin səkkiz rayonunu əhatə edəcək. Belə ki, 2025-ci ilin sentyabr ayından etibarən Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarında Elm və Təhsil Nazirliyinin balansında olan idman məktəblərində velosiped bölmələri yaradılacaq.

Layihənin təqdimatı məqsədilə Respublika Velotrekində təşkil olunan görüşdə AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov çıxış edərək deyib ki, bu təşəbbüs rayonlarda uşaqlar və yeniyetmələr üçün peşəkar velosiped məşqlərinin təşkili, perspektivli idmançıların erkən yaşlardan müəyyənləşdirilməsi və onların potensialının düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, bölmələr müasir avadanlıqlarla və velosipedlərlə təmin ediləcək, orada çalışacaq məşqçilər üçün avqust ayında Bakıda xüsusi təlimlər təşkil olunacaq.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova və sektorun aparıcı mütəxəssisi Lalə Zeynalova layihənin əsas məqsədləri və gözləntiləri barədə ətraflı təqdimatla çıxış edərək bildiriblər ki, bu təşəbbüs məktəblilərin fiziki və mənəvi inkişafına xidmət edəcək, idmana marağı artırmaqla yanaşı, onları daha aktiv və sağlam həyata istiqamətləndirəcək.

Görüşdə o da vurğulanıb ki, gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsi və digər bölgələri də əhatə etməsi nəzərdə tutulur. Bu yanaşma isə ölkədə velosiped idmanının dayanıqlı inkişafı baxımından olduqca vacib addımdır.

1 /4

Şərhlər

Xəbər lenti

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.