Bütün xəbərlər
19 iyun, 10:00

Xəbər verdiyimiz kimi, 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.

“Azərbaycan müəllimi” 2025/2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair suallara cavabları təqdim edir:

Sual: Elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına sənəd qəbulu hansı rayon və şəhərləri əhatə edir? 

Cavab: Ölkə üzrə bütün şəhər və rayonları əhatə edir. Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir? Cavab: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. 

Sual: Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir? 

Cavab: Məktəbəhazırlıq qruplarına təqvim ili ərzində 5 yaşı tamam olan (2020-cu il təvəllüdlü) uşaqlar qəbul edilir. 

Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu hansı müddətdə həyata keçirilir? 

Cavab: Ərizələrin onlayn qeydiyyatı 2025-ci ilin iyun ayının 21-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə iyul ayının 8-dən, Bakı şəhəri üzrə iyul ayının 9-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə ölkə üzrə iyul ayının 10-dan başlanılır. Məktəbəhazırlıq qruplarına qəbul sentyabr ayının 12-də yekunlaşır. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması 01 - 30 sentyabr 2025-ci il tarixləri arasında aparılacaq. 

Sual: Özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul necə aparılır? 

Cavab: Özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. 

Sual: Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyət varmı? Cavab: Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Sual: Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər? 

Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər. 

Sual: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə vasitələrindən istifadə edə bilər? 

Cavab: Mobil telefon və elektron poçt ünvanı. 

Sual: Məktəblərin seçimi hansı qaydada aparılır?

Cavab: Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir. 

Sual: Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu hansı prioritetlər nəzərə alınmaqla aparılır? 

Cavab: Məktəbəhazırlıq qruplarına qəbulla bağlı daha çox müraciət olunan bir sıra məktəblərdə onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan prioritetlər tətbiq olunur. • Valideyni (qanuni nümayəndəsi) və ya uşaq qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş xidməti ərazidə qeydiyyatda olanlar; • valideynlərindən biri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər; • bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar. 

Sual: Prioritet hansı müddətdə və hansı rayon\şəhərlərdə tətbiq ediləcək? 

Cavab: Prioritet Azərbaycan bölməsi üzrə Gəncə şəhərində yerləşən ümumi təhsil müəssisələrində 08 iyul – 22 iyul, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində 09 – 22 iyul tarixlərində, rus bölməsi üzrə Bakı və Gəncə şəhərində 10 iyul – 24 iyul tarixlərində tətbiq ediləcək. Həmin müəssisələrin siyahısı ilə linkə daxil olaraq tanış ola bilərsiniz. (https://bit.ly/mhprioritet) 

Sual: Tədris digər dilllərdə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılırmı? 

Cavab: Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi aparılmır. 

Sual: Məktəbəhazırlıq qruplarına sənəd qəbulu zamanı müsahibə önəm daşımır. Bəs, bu proses 1-ci sinfə qəbul zamanı prioritet xarakter daşıyacaqmı? 

Cavab: Tədris digər dillərdə aparılan I siniflərə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirak mütləqdir. 

Sual: İşğaldan azad olmuş rayonların məktəblərini necə seçmək olar? 

Cavab: Həmin məktəbin yerləşdiyi şəhəri (rayonu) seçib qeydiyyatdan keçmək lazımdır. 

Sual: Prioritetlər tətbiq olunan ümumi təhsil müəssisələrinə həmin ərazidə kirayədə yaşayan valideynlərin övladları necə qəbul edilirlər? 

Cavab: Qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda yaşaması barədə rəsmi kirayə müqaviləsi əsasında qəbul edilirlər. Kirayə müqaviləsi olmadığı halda valideynlər ərazidə yerləşən prioritet tətbiq olunmayan digər ümumi təhsil müəssisələrinə sorğu yerləşdirməlidirlər. 

Sual: Prioriteti olmayan uşaqlar üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisəsinə necə qəbul ola bilər? 

Cavab: Valideynlər prioriteti olmayan övladları üçün üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin boş qalan yerlərinə Azərbaycan bölməsi üzrə 22 iyul saat 11:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 24 iyul saat 11:00-dan etibarən sərbəst qaydada sorğu yerləşdirə bilərlər. 

Sual: Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü? 

Cavab: Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır. 

Sual: Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi? 

Cavab: Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. 

Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilməz? 

Cavab: Məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər. 

Sual: Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı? 

Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün uşağın mübadilə vərəqini (sağlamlığı haqqında tibbi arayışı (forma 26U)) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır. 

Sual: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur? 

Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qrupuna qəbul üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir: • Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti; • Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi; • xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti; • digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; • uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U); • 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil; • valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az elektron sistemində yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”. 

Sual: Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər? 

Cavab: Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər. 

Sual: Məşğələlərin müddəti necə müəyyən olunur? 

Cavab: • Həftədə 4 gün olmaqla, 12 məşğələ; • bir gün ərzində 3 məşğələ; • bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə; • zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. 

Sual: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq? 

Cavab: Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. 

Sual: Məktəbəhazırlıq qruplarında məktəbli forması tətbiq edilirmi? 

Cavab: Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.

Şərhlər

Xəbər lenti

19 iyun, 17:20

“Uğur üçün əlavə hazırlıq yox, məsuliyyət kifayətdir” – Sertifikatlaşdırma təcrübələri

19 iyun, 17:15

Maksimum bal toplayan abituriyent: “Özümü gələcəyin savadlı kadrı kimi görürəm”

19 iyun, 17:10

Region müəllimləri sertifikasiya təəssüratlarını bölüşdülər

19 iyun, 16:48

Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək komanda üzvlərinə laboratoriya dərsləri keçirilir

19 iyun, 16:29

“Uğurlu nəticə əldə edənlər daha üstün bacarıqlara sahibdirlər” - Naxçıvan müəllimləri 

19 iyun, 16:27

Şəkidə sertifikasiya imtahanı – müəllimlərin gözü ilə

19 iyun, 16:27

Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir

19 iyun, 16:20

Nazir reytinqdə yer alan ali məktəblərin heyətini təbrik edib

19 iyun, 15:53

“Sertifikatlaşdırma müəllimlərin karyerada irəliləmələri üçün vacibdir– Mehriban Vəliyeva

19 iyun, 15:50

Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi qeyd olunub

19 iyun, 15:45

“İstirahət edəndə özümü günahkar hiss edirdim” – 400 bal toplayan məktəbli

19 iyun, 15:30

LDU dünyanın ən nüfuzlu universitetləri siyahısında yer alıb

19 iyun, 15:25

SDU ilk dəfə “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb

19 iyun, 15:16

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlərə ŞAD XƏBƏR

19 iyun, 15:13

Sertifikasiya suallarını kimlər hazırlayır? – RƏSMİ CAVAB

19 iyun, 15:03

Millət vəkilləri və ictimai xadimlər sertifikatlaşdırma prosesi ilə tanış olublar

19 iyun, 15:03

Kənd məktəbinin maksimum bal toplayan müəllimi: İmtahan şəffaf keçirildi

19 iyun, 14:38

Maksimum bal toplayan müəllim: Sertifikasiya özümüzü qiymətləndirmək baxımından vacibdir

19 iyun, 14:24

Ali Məclisin deputatları Naxçıvanda sertifikatlaşdırma prosesini izləyiblər

19 iyun, 14:15

Anar İsgəndərov: Sertifikatlaşdırma müəllim nüfuzunu artırmaq üçün ən uğurlu vasitələrdəndir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.