
Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili ilə bağlı monitorinqlər davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, növbəti monitorinqlər 19-23 may tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Abşeron-Xızı RTİ, Şirvan-Salyan RTİ, Mil-Muğan RTİ, Gəncə-Daşkəsən RTİ, Quba-Xaçmaz RTİ, Mərkəzi Aran RTİ və Qarabağ RTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində həyata keçirilib.
Monitorinq çərçivəsində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin, eləcə də onların əməkdaşlıq etdiyi müəllimlərin dərsləri müşahidə olunub. Dərslərin müşahidəsindən sonra metodistlər tərəfindən müəllimlərə verilən əks-əlaqə prosesi əvvəlcədən müəyyən edilən meyarlar əsasında qiymətləndirilib. Bununla yanaşı, keçirilən metodik görüşlər də izlənilib.
Monitorinqlərin nəticələrinə əsasən, metodistlərin fəaliyyəti təhlil olunub, müşahidələrin nəticələri onlarla müzakirə edilib. Görüşlər zamanı metodistlərin güclü tərəfləri qeyd edilmiş, inkişaf etdirilməsi zəruri olan sahələr üzrə tövsiyələr verilib. Eyni zamanda, bu prosesdə metodistlərin peşəkar inkişafının təmin edilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, metodik xidmətin təşkili üzrə metodistlərin fəaliyyətinə dair monitorinqlər digər ümumi təhsil müəssisələrində də davam etdirilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər