Bütün xəbərlər
29 may, 19:43

NDU-nun Tibb fakültəsinin 25 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Universitetin mətbuat xidmətindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransının və “Cərrahi və mama-ginekoloji problemlərə multidissiplinar yanaşmalar” beynəlxalq elmi-praktik konfransının açılış tədbiri olub.

Konfranslar Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Qarabağ Universitetinin, Səmərqənd Dövlət Tibb Universitetinin, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Türkiyə Respublikasından və Azərbaycanın müxtəlif bölgələrindən 120-dək yüksəkixtisaslı həkim-mütəxəssislər iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor Elbrus İsayev Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində tibbi kadrlara olan zəruri ehtiyacları nəzərə alan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1999-2000-ci tədris ilində Naxçıvan Dövlət Universitetində baza ali tibb təhsilinin əsası qoyulub, universitetə böyük və əvəzsiz etimad göstərilib. Rektor fakültənin fəaliyyəti və əldə olunan nailiyyətlərdən danışıb, Naxçıvan Muxtar Respublikası səhiyyəsi üçün ixtisaslı həkim kadrlarının hazırlanmasını fakültənin yaradılmasında başlıca məqsəd adlandırıb. Bu günədək Tibb fakültəsindən mindən artıq həkimin məzun olduğunu qeyd edən Elbrus İsayev hazırda Tibb fakültəsində 9 ixtisas üzrə, o cümlədən SABAH qruplarında Azərbaycan və ingilis dili bölmələrində 2000-dən artıq tələbənin təhsil aldığını diqqətə çatdırıb: “2012-ci ildən Tibb fakültəsinin nəzdində rezidentura hazırlığı başlanıb və bu gün fakültədə 33 ixtisas üzrə 88 rezident təhsil alır. Ümumilikdə isə bu günədək rezidentura üzrə məzun sayı 109 nəfər təşkil edib. Tələbə və rezident  məzunlar arasından isə 226 nəfəri xarici ölkə vətəndaşı olub”. 

Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edib. Vurğulayıb ki, 25 il öncə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması gələcəyə hesablanmış tarixi hadisə olub. Bu gün tam formalaşmış tibb təhsil ocağında, müasir tibb sahəsini əks etdirən tədris proqramları  həyata keçirilir. Rektor Gəray Gəraybəyli qeyd edib ki, Azərbaycan Tibb Universiteti ilə NDU arasında əlaqələr Əməkdaşlıq Memorandumu ilə rəsmiləşib, ortaq layihələr ilə davamlı inkişaf etdiyini və möhkəmləndiyini bildirib, ATU adından rektor Elbrus İsayevə hədiyyə təqdim edib.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov fakültədə tədrisin auditoriya dərsləri, klinikaya hazırlıq və kilinika dərsləri şəklində təşkili olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazim Qasımov əlamətdar təqvimin aktual mövzular başlığında konfraslar çərçivəsində işıqlandırılmasını daha yaddaqalan olacağını bildirib, uğurlar arzulayıb və rektor Elbrus İsayevə hədiyyə təqdim edib.

Videotəqdimatla çıxış edən Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev yubiley münasibətilə təbrik edib, NDU ilə əməkdaşlığın davamlı, hər zaman yenilikçi fəaliyyətlərə yol açdığını ifadə edib. 

Qarabağ Universiteti Klinikasının direktoru, cənab Samir Babayev çıxışında NDU ilə işbirliyinin qurulmasını, Tibb fakültəsinin 25 il ərzində qazandığı təcrübələrin bölüşməsi yolunda əməkdaşlıqlarını yüksək qiymətləndirib, tədbirdə iştirakdan məmnunluq ifadə edib.

Açılış tədbirindən sonra konfrans Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransında 3 istiqamət üzrə 3 paneldə 10 müəssisə tərəfindən 38 müəllif tərəfindən təqdim olunmuş 23 məqalə üzrə bölmə iclasları keçirilib. Azərbaycan Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş “Cərrahi və mama-ginekoloji problemlərə multidissiplinar yanaşmalar” beynəlxalq elmi-praktik konfransında 27 elm-təhsil müəssisəsi tərəfindən 7 panel üzrə 92 məruzəçi tərəfindən təqdim olunan 87 məqalə bölmə iclaslarında dinlənilib.

Qeyd edək ki, konfrans çərçivəsində 29-30 may tarixlərində Naxçıvan MR-dəki 3 xəstəxanada - Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində, Naxçıvan Sağlamlıq Mərkəzində və Referans Naxçıvan Tibb Mərkəzində müxtəlif ixtisas sahələri üzrə 25 həkim tərəfindən ödənişsiz tibbi aksiyalar təşkil olunub.

1 /9

Şərhlər

Xəbər lenti

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

30 may, 16:16

İyunun hava proqnozu açıqlanıb

30 may, 15:51

ADPU-da Rusiyanın Cənub Universitetinin rektoru ilə görüş keçirilib

30 may, 15:34

NDU-da ödənişsiz tibbi aksiyalara start verilib

30 may, 15:27

Mil-Muğanda 926 tələbə peşə təhsili alır

30 may, 15:17

ADA, Koç Universiteti və BANM rektorları arasında əməkdaşlıq görüşü keçirilib

30 may, 15:07

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.