
“Artıq 2 ildir ki, STEAM tədrisi ibtidai siniflərə qədər endirilib, hazırda 3 və 4-cü siniflərdən başlayaraq 9-cu sinfə qədər tədris olunur. 10-11-ci siniflərdə bu dərslərin keçirilməməsinin əsas səbəbi bu siniflərin buraxılış və qəbul imtahanlarına hazırlaşma dövrü olmasıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.
O bildirib ki, layihənin tətbiq olunduğu məktəblərdə əvvəllər bütün 6-cı sinif şagirdləri bu dərslərə qoşulurdu: “Sonrakı mərhələdə isə artıq bir neçə il ərzində müxtəlif sistem proqramlarını (məsələn, printer, mikrotəhnika, robot texnikası, rəqəmsal incəsənət və s.) öyrənmiş şagirdlər üçün təmayüllü (ixtisaslaşmış) siniflərin yaradılması ilə bağlı təşəbbüslər irəli sürülmüşdü. Hazırda 2027-2030-cu illəri əhatə edən yeni dövlət proqramı üzərində müzakirələr aparılır və bu proqramda STEAM təliminin bütün fənlərlə inteqrasiyası nəzərdə tutulur”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər