.jpeg)
Mayın 28-də "Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” festivalında iştirak üçün ölkəmizdə səfərdə olan türkdilli dövlətlərin məktəbliləri Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət ediblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, məktəblilər əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək şəhid olan qəhrəmanlarımızın xatirəsini anıblar və məzarları önünə gül dəstələri qoyublar. Daha sonra Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Qeyd edək ki, "Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” festivalı Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 1 iyunda Şuşada keçiriləcək. Şuşa beynəlxalq uşaq yaradıcılıq festivalında türk xalqlarının bədii kollektivləri ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edəcək.
1 /12
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər