Bütün xəbərlər
22 oktyabr, 09:45

Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işini yekunlaşdırıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, seminarın ikinci günündə beynəlxalq ekspertlərin iştirakı ilə “Təhsil siyasətinin formalaşdırılması” mövzusunda interaktiv panel müzakirəsi təşkil edilib. Panel müzakirəsində qlobal təhsil siyasətinin formalaşdırılmasında atılan əsas addımlar, milli kontekstə uyğun və dayanıqlı təhsil sisteminin qurulması, həmçinin iqlim dəyişikliyi və “yaşıl təhsil” barədə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

ICESCO-nun Təhsil Sektorunun rəhbəri Heddi Jatu Seyin moderatorluğu ilə keçirilən panel müzakirəsində Kembric Universitetinin Qlobal İqlim Təhsili üzrə direktoru Kristin Ozdene, Beynəlxalq Bakalavriat (IB) Təşkilatının Baş Təhsil Direktoru Dr. Şehzad Civa, 2024-cü ildə keçirilmiş ICESCO Təhsil Nazirlərinin 3-cü Konfransının İcraiyyə Komitəsinin sədri Əhməd Albanian, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom proqramının Azərbaycan üzrə rəhbəri Tofiq Əhmədov iştirak ediblər. Ekspertlər ekoloji şüurun formalaşdırılması və “yaşıl təhsil”in təşviqi istiqamətində təşəbbüslərin sistemli və tərəfdaşlıq prinsipləri əsasında həyata keçirilməsinin vacibliyini vurğulayaraq həm milli, həm də beynəlxalq səviyyədə vahid yanaşmanın formalaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. 

Kembric Universiteti və Beynəlxalq Bakalavriat (IB) Təşkilatının təlimçiləri tərəfindən aparılan iki günlük regional seminarın yekununda iştirakçı ölkələr tərəfindən “yaşıl təhsil”in inkişafı istiqamətində atılacaq növbəti addımlar müəyyənləşdirilərək bu istiqamətdə tövsiyələr hazırlanıb.  

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğız respublikalarının təmsil olunduğu seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, “yaşıl məktəb” modelinin tətbiqi istiqamətində müzakirə aparmaq olub.

1 /10

Şərhlər

Xəbər lenti

22 oktyabr, 18:53

AzTU-da əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib

22 oktyabr, 18:49

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM 

22 oktyabr, 17:25

Şagirdlərin dərsi həqiqətən mənimsədiyini necə öyrənə bilərik? - 5 SADƏ ADDIM

22 oktyabr, 15:33

VII sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb - Rəsmi açıqlama

22 oktyabr, 15:31

ABŞ-də yeni məktəb modeli: Hər gün yalnız 2 saat akademik dərs  

22 oktyabr, 15:23

Diaqnostik qiymətləndirmə bağçaların idarəçiliyindəki boşluqları aradan qaldıra bilər - Deputat

22 oktyabr, 15:21

Vüsal Göyüşov: Din təhsili müasir pedaqoji yanaşmalarla zənginləşdirilməlidir

22 oktyabr, 13:12

Rektor: Azərbaycan və Türkiyə universitetləri ortaq gələcək formalaşdırır

22 oktyabr, 13:01

Rektor: Mədrəsə təhsili radikallığın birbaşa mənbəyi deyil

22 oktyabr, 12:55

Zaqatalanın kənd məktəbində işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ

22 oktyabr, 12:05

Məktəb kitabxanaları – Düşünən gəncliyin təməl beşiyi

22 oktyabr, 11:51

Rafael Hüseynov: Sağlam din qədər mükəmməl təhsil də zəruridir

22 oktyabr, 11:42

Təhsilalanlarda din haqqında təsəvvürlərin formalaşmasına diqqət yetirilir - Nazir müavini

22 oktyabr, 11:37

Firudin Qurbanov: Dinlər haqqında məlumatlılıq gənclərdə dinlərə qarşı hörmət formalaşdırır

22 oktyabr, 11:32

Rektor: Dini təhsili müasir çağırışlara uyğun qurmaq lazımdır

22 oktyabr, 11:28

Komitə sədri: Qlobal çağırışlar nəzərə alınmadan uğurlu dini təhsil modeli yaratmaq mümkün deyil

22 oktyabr, 11:25

“Dini təhsil cəmiyyətin sabitliyinə xidmət etməlidir” – Ramin Məmmədov

22 oktyabr, 10:52

Bakıda müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpozium keçirilir

22 oktyabr, 10:46

AzMİU-da alternativ enerji üzrə innovativ tədqiqatlar genişləndiriləcək

22 oktyabr, 10:07

Mütaliə: Ucqar kənddən başlayan təhsil modeli

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.