Bütün xəbərlər
12 iyun, 15:27

“Azərbaycan müəllimi” qəzeti, 20 avqust 1969-cu il, №66

İnqilabdan əvvəl Zəngəzurda yeganə təhsil ocaqları mollaxana və mədrəsələr idi. Həmin məktəblər vasitəsilə ruhanilər kütlələr arasında dini xürafatı yaymağa cəhd edir, xalq maarifinin inkişafına, elm və mədəniyyətin tərəqqisinə mane olurdular. 

Sisyan ərazisində Kurud, Səki və Urud kəndlərindəki ibtidai məktəblər o dövrdə müəyyən qədər ad çıxarmışdı. Lakin bütün bu maneələrə baxmayaraq, elm və mədəniyyət zülmətdən özünə yol açaraq xalqın görkəmli ziyalılarını yetişdirirdi. 

Zəngəzurda mollaxana və mədrəsədən başqa ibtidan rus məktəbləri də var idi ki, bunlardan biri də 1885-ci ildə Gorus şəhərində açılmışdır. Bu “dvuxklassnoye normalnoye uçilişe” adlı məktəb daha mütərəqqi olub, əsasən iki şöbədən ibarət idi. Burada təhsil müddəti 5 il idi. 

İlk təhsillərini Zəngəzur məktəblərində alan və Azərbaycan xalqı üçün böyük xidmətlər göstərən bir çox alim, yazıçı və dövlət xadimlərinin adları Zəngəzur və Ermənistanın hüdudlarını aşaraq daha uzaqlarda tanındı. 1907-1917-ci illərdə Gorus və Şəki rus məktəblərində Əli Vəliyev, Nəzər Heydərov, Ələkbər Abdullayev, Göyüş Hümmətəliyev, Qulu Əbdüləzimov və başqa görkəmli şəxslər təhsil almışlar. 

Gorus və Sisyandakı rus məktəblərindən istifadə etməkfaydalı olsa da bu, Zəngəzur azərbaycanlıları arasında xalq maarifini yaymaq üçün kifayət deyildi. Təhsilin ana dilində aparılnası üçün  məktəb lazım idi. Məhz buna görə də Azərbaycanda olduğu kimi, Zəngəzurda da qabaqcıl ziyalılar məktəb açmağa cəhd göstərdilər. 

Zəngəzurda Azərbaycan dilində məktəb açmaq və bu yolla xalqı savadlandırmaq bir arzu kimi qalırdı. Bu arzu yalnız 1921-ci il iyulun 6-dan Zəngəzurda Sovet hakimiyyətinin qələbəsindən sonra həyata keçirildi. Yenicə yaradılmış Ermənistan Sovet Sosialist  Respublikası hökuməti bütün çətinliklərə baxmayaraq, zəhmətkeşlərə və onların balalarına yeni tipli məktəblərdə təhsil vermək üçün 1920-ci il dekabrın 9-da dekret verdi. Bu dekret məktəblərdə təlimin ana dilində və həm də pulsuz olmasını təmin etdi. Xalq məscid və kilsələriin təsirindən xilas oldu. 

Bu tədbirlər sayəsində məktəb şəbəkələri genişləndi. İki il ərzində (1922-1923) Ermənistanda 36 yeni tipli Azərbaycan məktəbi açıldı. Həmin dövrlərdə Sisyanın Qızılşəfəq, Vağüdü və Ərəfcə kəndlərində də ibtidai Azərbaycan məktəbləri təşkil olundu. 

1924-cü ildə Ermənistan Kommunist Partiyasının II qurultayında bu məsələ  barədə ətraflı söhbət getdi. Müəllim kadrlarının çatışmazlıqlarını aradan qaldırmaq üçün 1925-ci dərs ilindən etibarən Yerevanda Azərbaycan Pedaqoji Texnikumu təşkil olundu, yerli gənclər oxumaq üçün Bakının ali məktəblərinə və texnikumlara göndərildi. Eyni zamanda, Zəngəzurun mədəni mərkəzi olan Gorusda birillik kurslar təşkil edildi. Kursu ilk dəfə bitirənlərdən 11 nəfəri Sisyan və Gorus kəndlərinə müəllim göndərildi. 

Azərbaycanda olduğu kimi, Zəngəzurun Sisyan və Gorus rayonlarında da kütləvi məktəblərin əsas tipləri I dərəcəli, II dərəcəli məktəblərdən ibarət idi. Lakin lI dərəcəli məktəblər dövrün tələblərini ödəyə bilmirdi. Bir müddət sonra onlar ləğv edilib, yeddiillik məktəblərlə əvəz olundu. 

Zəngəzurda 1928-ci ildən əsası qoyulmuş yeddiillik məktəblərin şəbəkəsi getdikcə genişləndi. Vağüdu kəndindəki ibtidai məktəb 1928-ci ildə Dəstəkert ibtidai məktəb, 1931-ci ildən Ərəfcə kənd ibtidai məktəbi, 1932-ci ildə Gorus rayonunun Şurnuxu kənd ibtidai məktəbi 1934-cü ildə yeddiillik məktəblərə çevrildi. 

1936-1937-ci dərs ilində Zəngəzurda birinci dəfə olaraq orta məktəb Sisyan rayonunun Vağüdü kəndində təşkil olunmuşdur. Vaxtı ilə savadsızlar ölkəsi olan Zəngəzurda 1933-1934-cü dərs ilində ümumi icbari ibtidai təhsil həyata keçirilmiş və bu iş müvəffəqiyyətlə başa çatdırılmışdır. Əvvəllər, 1936-cı ilə kimi Ermənistandakı (Yerevan müstəsna olmaqla) Azərbaycan məktəblərində ali təhsilli müəllimlər yox idi. Həmin vaxtlar Ermənistanın Azərbaycan məktəblərində çalışan 541 nəfər müəllimdən yalnız 5 nəfərin ali təhsili  var idi, onlar da əsasən Yerevan şəhər məktəblərində işləyirdilər.  

Yüksək təhsilli müəllim hazırlamaq üçün X.Abovyan adına Ermənsitan  Dövlət Pedaqoji İnstitutu nəzdində Azərbaycan şöbəsi yarandı. 
1937-ci ildə Sisyan və Gorus rayonlarında bir orta məktəbdə 8 nəfər ali orta təhsilli müəllim var idisə, indi həmin rayonlarda 5 orta, 9 səkkizillik, 4 ibtidai məktəb fəaliyyət göstərir. Həmin məktəblər bütün ixtisaslar üzrə ali təhsilli müəllimlərlə təmin edilmişdir.

Hazırda Zəngəzurda, Sisyan və Gorus rayonlarında şagirdlərin təlim-tərbiyəsi ilə dərin biliyə malik, təcrübəli müəllimlər məşğul olurlar. Onlar sabahın qurucularını yetişdirirlər. Belə müəllimlərə nümunə olaraq İdris Həşimovu, Səlim Ağamalıyevi, Aydın Şərifovu, Sərbaz Qafarovu, Haqverdi Yaqubovu, Ağaqulu Nəcəfovu, Kamran və İmran Quliyevləri, Gülər Babayevanı, Rəhim Əliyevi, Mahacir Tahirovu, Bayram Kətanovu və başqalarını göstərmək olar. 

Əli ADIGÖZƏLOV,
Ermənistan SSR-in Gorus rayonundakı Şurnuxu kənd orta məktəbin direktoru

Şərhlər

Xəbər lenti

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.