|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ümummilli
lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə
həsr olunmuş ali təhsil müəssisələri işçiləri
arasında spartakiadanın keçirilməsi barədə QƏRAR Bədən tərbiyəsi və idman
sahəsində böyük irəliləyiş, dünya miqyasında
ölkəmizin tanınması və uğurla təmsil
olunması idmanımızın ən böyük himayədarı
olmuş ümummilli lider Heydər Əliyevin diqqət və
qayğısı nəticəsində mümkün olmuşdur.
Hazırda beynəlxalq idman təşkilatları Azərbaycanda idmanın,
olimpiya hərəkatının etibarlı
əllərdə olduğuna görə ölkəmizi
beynəlxalq yarışların
keçirilməsi üçün sabit və inkişafda olan bir dövlət
kimi tanıyırlar. Bütün bunlar məhz ulu öndər
Heydər Əliyevin fəaliyyətinə, eyni zamanda ölkəmizə
verilən yüksək qiymətdir. ümummilli lider Heydər Əliyevin 10 may
2008-ci ildə anadan olmasının 85-ci ildönümü tamam olur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin Rəyasət
Heyəti ulu öndərin anadan olmasının 85-ci ildönümü
münasibətilə və onun xatirəsinə ehtiram
əlaməti olaraq ali təhsil müəssisələrində
çalışan işçilərin sağlamlıqlarının
möhkəmləndirilməsi, onların bədən
tərbiyəsi və idman məşğələlərinə
cəlb edilməsi və asudə vaxtlarını
səmərəli təşkil etmək
məqsədilə QƏRARA ALIR: 1. ümummilli lider Heydər Əliyevin
anadan olmasının 85-ci ildönümünə həsr olunmuş
ali təhsil müəssisələri işçiləri arasında
6 idman növü üzrə spartakiada (bundan sonra spartakiada) keçirilsin. 2. Spartakiada Azərbaycan Respublikası
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
birgə tədbiri sayılsın. 3. Spartakiadanın I turunun hər bir
ali məktəbdə aprel
ayında, II respublika turunun isə
may ayında keçirilməsi təmin edilsin. 4. 30 may 2008-ci ildə spartakiada
qaliblərinin təntənəli mükafatlandırılma
mərasimi keçirilsin. 5. Spartakiadanın Əsasnaməsi
(əlavə 1), Təşkilat Komitəsi (əlavə 2)
və Baş hakimlər kollegiyası (əlavə 3) üzvlərinin
siyahısı təsdiq edilsin. 6. Ali təhsil müəssisələrinin
rəhbərləri və həmkarlar
ittifaqı komitələrinin sədrləri bu qərarla
təsdiq edilmiş "Əsasnamə"nin şərtlərinə
uyğun olaraq spartakiadanın keçirilməsini təmin
etsinlər. 7. Spartakiadanın keçirilməsi
ilə bağlı tərəflər öz üzərinə götürür: Təhsil Nazirliyi: -diplomların hazırlanmasını. Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi: -spartakiadada hər idman növü üzrə I, II
və III yerləri tutan komanda və tək idmançılara
hədiyyələrin alınmasını; -hər idman növü üzrə qaliblərə
kubokların alınmasını; -hakimlərin və xidmət heyətinin
əməkhaqlarının ödənilməsini. 8. Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsi (A.İbrahimov)
və Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin
mədəni-kütləvi və idman işləri şöbəsi
(R.Nəzirov) qərardan irəli gələn
vəzifələrin yerinə yetirilməsini təmin
etsinlər. 9. Tərəflər spartakiadanın
keçirilməsi və qaliblərin
mükafatlandırılması ilə bağlı
xərclər smetasını hazırlayıb 15 gün müddətində
təsdiq etsinlər. 10. Nazirliyin İctimaiyyətlə
əlaqə şöbəsi qərar və
əlavələrin "Azərbaycan müəllimi"
qəzetində, "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin
etsin. 11. Qərarın icrasına nəzarət təhsil nazirinin müavini E.Qasımova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini H.Nağıyevə həvalə edilsin.
|