|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Bakı Şəhəri üzrə Təhsil İdarəsində mətbuat konfransı Martın 7-də Bakı Şəhəri
üzrə Təhsil İdarəsində paytaxtın
təhsil müəssisələrində
fevral ayı ərzində görülmüş işlərə
həsr olunmuş mətbuat konfransı keçirildi. Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyeva rəhbərlik
etdiyi idarənin başa
vurduğumuz fevral ayında fəaliyyət
istiqamətlərindən, həyata keçirilmiş
tədbirlərdən söz açaraq, bu haqda media nümayəndələrinə
geniş məlumat verdi. ümumtəhsil məktəblərinin onbirinci
sinif şagirdləri arasında mərkəzləşdirilmiş
qaydada test üsulu ilə keçirilən ikinci sınaq imtahanına
toxunan N.Rzaquliyeva həmin
istiqamətdə Bakı şəhərinin ümumtəhsil
məktəblərində görülən
tədbirlərdən, əldə olunan
nəticələrdən danışdı.Qeyd etdi ki,
Təhsil Nazirliyinin rəsmi İnternet saytında şagirdlər
kodlarını daxil etməklə öz cavab kartlarının
nəticələri ilə tanış olduqdan sonra
həmin məsələ ilə əlaqədar Bakı
Şəhəri üzrə Təhsil İdarəsində
geniş təhlil,araşdırma işləri aparılıb.
Məlum olub ki, Bakı şəhər
məktəblərinin onbirinci sinif şagirdləri
ilk sınaqdan fərqli olaraq bu dəfə 62,42 faiz
nəticə əldə ediblər. Paytaxt rayonlarının göstəricilərinə
toxunan Nailə xanım onların hər biri haqqında
jurnalistlərə məlumat verdi. O, daha sonra
Bakının ümumtəhsil müəssisələrinin
IV sinif şagirdləri arasında aparılan sınaq
yoxlamalarından danışdı. 31 minə yaxın IV
sinif şagirdinin iki fəndən-ana dili və riyaziyyatdan
sınaq yoxlamalarına cəlb olunduğunu dedi. Nailə xanım həyata keçirilən
tədbirlərdən danışarkən
"Biz Heydər Əliyev irsini öyrənirik"
mövzusunda müsabiqəyə də artıq start
verildiyini söylədi.Bildirdi ki, müsabiqə müxtəlif
nominasiyalar üzrə keçirilir.İnşa müsabiqəsinin son
mərhələsi martın 15-də Bakıdakı 23 nömrəli
məktəbdə olacaq.Müsabiqəyə isə 6 may
2008-ci ildə yekun vurulacaq.Bütün bunlar və digər
məsələlər barəsində konfransda geniş açıqlama
verən Nailə Rzaquliyeva sonda jurnalistləri maraqlandıran
suallara da cavablar verdi. Samirə KƏRİMOVA |