· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Elmi-praktik konfrans

Mayın 8-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirildi.

Konfrans iştirakçılarını, tanınmış alim və ziyalıları, KİV nümayəndələrini və başqa qonaqları salamlayan BPKİYİ-nin rektoru Asəf Zamanov giriş sözü ilə çıxış etdi. Artıq bir neçə ildir ki, ulu öndərin anadan olmasının ildönümünə həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini deyən rektor bunun təbii olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan tarixində dövlətçiliyin, iqtisadiyyatın və mədəniyyətin inkişafı, xalqın rifahının yüksəlməsi üçün böyük xidmətlər göstərmiş ikinci belə şəxsiyyət olmamışdır. ümummilli lider  xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərmiş, onun hakimiyyətdə olduğu illərdə yeni-yeni təhsil müəssisələri yaradılmış, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar açılmışdır.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov giriş sözünü belə bir fikirlə tamamladı ki, dahilərin ömrü onların yaşadıqları illərlə tükənmir. Dahi şəxsiyyətin ideyaları nə qədər yaşayırsa, deməli, o özü də yaşayır. Əminik ki, Azərbaycan Respublikası bir dövlət kimi mövcud olduğu qədər Heydər Əliyev də yaşayacaq. Hər bir azərbaycanlı fəxr etməlidir ki, o, ulu öndərin yaratdığı müstəqil Azərbaycan dövlətinin vətəndaşıdır.

Sonra ekranda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirildi. Respublika elmi-praktik konfransının iştirakçıları onun xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra proqram üzrə məruzələr dinlənildi.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Asəf Nadirov "Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı", Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov "XXI əsrə yönəldilmiş siyasət" mövzusunda məruzələrlə çıxış etdilər.

Tədbirin sonunda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş əməkdaşlarına üzvlük vəsiqələri təqdim olundu.

 

Hicran ƏKBƏROVA