|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ümummilli
lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş
"Bir ömrün salnaməsi" bədii sərgisinin açılışı
oldu
Prezident
İlham Əliyev mərasimdə iştirak etdi Mayın
7-də Heydər Əliyev adına İdman-Konsert
Kompleksində ümummilli liderin 85 illik yubileyinə həsr
edilmiş "Bir ömrün salnaməsi" bədii
sərgisinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev xanımı
Mehriban Əliyeva ilə birlikdə mərasimdə iştirak
etmişdir. Dövlətimizin başçısı
sərginin açılışını bildirən lenti
kəsdi. Kompleksin ikinci
mərtəbəsində xalqımızın dahi oğlunun
fəaliyyəti ilə bağlı fotostendlər vardır.
Burada ümummilli liderin sovet hakimiyyəti illərində
və müstəqil Azərbaycana rəhbərliyi dövründə
onun müxtəlif tədbirlərdə iştirakına,
respublikanın bölgələrinə, xarici ölkələrə
səfərlərinə, beynəlxalq sammit və
konfranslarda çıxışlarına, mədəniyyət,
incəsənət və elm xadimləri, idmançılar,
ictimaiyyət nümayəndələri, hərbçilər,
Azərbaycana gələn nümayəndə heyətləri
ilə görüşlərinə, sənaye və kənd
təsərrüfatı müəssisələrinin,
olimpiya-idman komplekslərinin və digər obyektlərin açılışında
iştirakına dair fotoşəkillər toplanmışdır.
Prezident İlham Əliyev ulu öndərin müxtəlif
vaxtlarda çəkilmiş şəkillərinə baxdı. Kompleksin birinci mərtəbəsində müxtəlif
bölmələr üzrə guşələr təşkil
olunmuşdur. Prezident İlham Əliyev həmin guşələrlə
tanış oldu. "Azərbaycanda hüquqi demokratik dövlət
quruculuğu" bölməsində ulu öndərin ölkəmizdə
qanunun aliliyi, insan hüquqlarının təminatı, dövlət
quruculuğu istiqamətindəki fəaliyyəti ilə bağlı
eksponatlar, o cümlədən Heydər Əliyevin müəllifi
olduğu Konstitusiyanın hazırlanması ilə
əlaqədar yaradılmış komissiyanın iclasındakı
nitqlərindən parçalar, Azərbaycanda ölüm cəzasının
ləğvi ilə bağlı fərmanı, imzaladığı
qanunlar, sərəncamlar, habelə müxtəlif kitablar,
jurnallar və digər materiallar nümayiş olunur. "İqtisadi
inkişaf, bank-kredit sistemi" bölməsində ümummilli
liderin respublikamızın iqtisadiyyatının inkişafı,
özəl sektorun güclənməsi sahəsində gördüyü işlərə,
aparılan islahatlara, sənaye obyektləri ilə tanışlığına
dair fotoşəkillər, müxtəlif cədvəllər,
Heydər Əliyevin iqtisadi sahədəki
fəaliyyətinə həsr olunmuş kitablar, jurnallar
toplanmışdır. "Əhalinin sosial müdafiəsi və
səhiyyə", "Elm və təhsil" bölmələrində
ulu öndərin insanların sosial təminatının gücləndirilməsi,
əlillərə qayğı, səhiyyə, elm və
təhsilin inkişafı ilə bağlı qəbul
etdiyi qərarları, elm adamları ilə, xarici ölkələrdə
təhsil alan gənclərlə görüşlərini əks
etdirən eksponatlar diqqəti cəlb edir. Sərginin "Ordu quruculuğu" bölməsində
böyük dövlət xadimi Heydər Əliyevin hələ sovet
dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda
hərbçi kadrların hazırlanması sahəsində gördüyü
tədbirlərinə, C.Naxçıvanski adına hərbi
liseyin, ali hərbi məktəblərin müdavimləri,
əsgər və zabitlərlə, o cümlədən ön
xətdə düşmənlə üz-üzə dayanmış
döyüşçülərlə görüşlərinə dair şəkillər
vardır. Burada dahi liderin Azərbaycanda ordu quruculuğu
ilə bağlı gördüyü işlərə həsr olunmuş
kitablar da xüsusi maraq doğurur. Prezident İlham Əliyevə
kitab hədiyyə olundu. Ulu öndərin xarici səfərlərini, iştirak
etdiyi beynəlxalq tədbirləri, eləcə də
Azərbaycanda təşkil olunmuş beynəlxalq
konfransları, Heydər Əliyevin xaricdə yaşayan
soydaşlarımıza diqqət və qayğısını
əks etdirən şəkillər "Beynəlxalq münasibətlər
və diaspor" bölməsində toplanmışdır. "Milli təhlükəsizlik sistemi" bölməsində
ulu öndərin Azərbaycanda təhlükəsizlik orqanlarına
rəhbərlik etdiyi vaxtlarda iş otağındakı
stol və stul, habelə hərbi forması,
vəsiqələri, xidmət dövründə təltif
edildiyi Fəxri fərman və ordenləri, müstəqillik
illərində bu sahənin inkişafı ilə bağlı
gördüyü işlərə, Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşları ilə keçirdiyi görüşlərə
dair şəkillər, kitablar nümayiş olunur. "İdman, gənclər və gender
siyasəti" bölməsində xalqımızın dahi oğlunun
Azərbaycanda bu istiqamətlərdə gördüyü işləri
əks etdirən materiallar, habelə imzaladığı
qanunlar, fərmanlar, sərəncamlar, idmançılarla,
gənclərlə keçirdiyi görüşlərə dair şəkillər,
kitablar maraq doğurur. "İnformasiya cəmiyyəti,
nəqliyyat və rabitə" bölməsində görkəmli
dövlət xadimi Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrlərdə nəqliyyatın müxtəlif
sahələrinin, rabitənin inkişafına,
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
istiqamətində gördüyü işlərə dair şəkillər,
imzaladığı fərman və sərəncamlar,
qanunlar, habelə müxtəlif kitablar, plakatlar, teleqüllənin
maketi, Böyük İpək Yolu haqqında film nümayiş
etdirilir. Azərbaycanda ilk mobil rabitə operatorunun
fəaliyyətə başlaması və ölkəmizdə
ilk beynəlxalq stansiyanın açılışı münasibətilə
keçirilmiş tədbirlərdə ümummilli lider Heydər
Əliyevin istifadə etdiyi telefon aparatları, ulu öndərin
və akademik Zərifə xanım Əliyevanın 85 illik
yubileyləri münasibətilə buraxılmış poçt
markaları xüsusilə diqqəti cəlb edir. "Torpaq islahatı və xəritəçəkmə"
bölməsində ulu öndərin adı ilə bağlı
olan torpaq islahatlarına dair materiallar, islahatın gedişini
əks etdirən diaqram, şəkillər, qanunvericilik
toplusu, torpaq və tarix atlasları, 20 adda
xəritələr, habelə Azərbaycanda uğurla
həyata keçirilmiş torpaq islahatlarına həsr edilmiş
kitablar toplanmışdır. "Ekologiya və təbii
sərvətlər" bölməsində Azərbaycanda
təcrübi üsulla ilk dəfə əldə edilmiş qızıl,
ümummilli liderin sərəncamları ilə ölkəmizdə
yaradılmış milli parklar və qoruqlar, xüsusi mühafizə
olunan ərazilər haqqında kitablar, Heydər Əliyevin
müxtəlif vaxtlarda iməciliklərdə ağac
əkməsini əks etdirən şəkillər nümayiş
etdirilir. Burada Prezident İlham Əliyevə
"Azərbaycanda xüsusi mühafizə olunan
ərazilər" ("Protected areas in Azerbaijan") kitabı
hədiyyə edildi. "Kənd təsərrüfatı" bölməsində
ümummilli liderin ölkəmizdə aqrar sahənin, emal
sənayesinin inkişafı istiqamətində gördüyü işləri
əks etdirən müxtəlif materiallar, habelə kitablar,
plakatlar vardır. Bu bölmədə Heydər Əliyevin
Azərbaycanda kənd təsərrüfatı
sahəsində həyata keçirdiyi islahatları əks
etdirən eskponatlar böyük maraq doğurur. "Mədəniyyət və
incəsənət" bölməsində ulu öndərin
baxdığı teatr tamaşalarının afişaları,
mədəniyyət və incəsənət xadimləri
ilə görüşlərini, mədəniyyət
obyektlərinin tikintisini və açılışını
əks etdirən şəkillər, qədim xalça nümunələri,
xalq çalğı alətləri,
"Mədəniyyət" qəzetinin ümummilli liderin 85
illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi və
Azərbaycan şairlərinin Heydər Əliyevə
həsr etdikləri şeirlərdən ibarət "Günəşə
qovuşmaq istəyirəm mən" kitabı nümayiş
etdirilir. Kitabın bir nüsxəsi Prezident İlham
Əliyevə hədiyyə olundu. Sərginin ən maraqlı guşələrindən
olan "Neft strategiyası və enerji təhlükəsizliyi"
bölməsində ulu öndərin müəllifi olduğu neft
strategiyası ilə bağlı materiallar, o cümlədən
"Əsrin müqaviləsi"nə, Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə,
"Şahdəniz" layihəsinə, ümumiyyətlə
Azərbaycanda neft sənayesinin inkişafı
sahəsində gördüyü işlərə dair eksponatlar
toplanmışdır. Bunlar sovet dövrü və müstəqillik
dövrü bölmələrində nümayiş etdirilir. Prezident
İlham Əliyev burada Azərbaycanın neft strategiyasına
həsr olunmuş filmdən bir parçaya baxdı. Sərgidə "Azəriqaz" QSC,
"Azərenerji" ASC və "Azərikimya" Dövlət
Şirkətinin fəaliyyəti ilə bağlı guşələr
də vardır. AzərTAc
|