· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

ürəklərdə və tarixin yaddaşında əbədi yaşayacaq dahi şəxsiyyət

Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə  həsr olunan "ürəklərdə və tarixin yaddaşında əbədi yaşayacaq dahi şəxsiyyət" mövzusunda elmi konfrans keçirildi.

 

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla  yad etdilər.

Konfransı Azərbaycan Dövlət Pedaqoji Universitetinin  rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədov açaraq müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə rəhbərlik etdiyi ali təhsil müəssisəsində həyata keçirilən çoxsaylı tədbirlərdən danışdı. Keçirilən elmi konfransın professor - müəllim heyəti, tələbələr, həmçinin burada iştirak edən respublikanın tanınmış ziyalıları üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. "Azərbaycan təhsilinin inkişafının Heydər Əliyev mərhələsi" mövzusunda geniş məruzə ilə çıxış edən rektor bildirdi ki, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyev bütün ömrünü  xalqına həsr etmiş dahi   bir şəxsiyyətdir. Heydər Əliyevin fəaliyyətinin uğurlu məqamlarından söz açan məruzəçi daha sonra ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən danışdı. Əbədiyaşar liderin təhsilə göstərdiyi diqqət və qayğının nəticələrindən bəhs etdi.

"Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), professor Elmira Süleymanova söylədi ki, ulu öndərin müstəqil respublikamıza başçılıq etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının qorunması olmuşdur. O, ümummilli liderin bu istiqamətdə gördüyü  məqsədyönlü işlər barəsində konfrans iştirakçılarına geniş məlumat verdi.

Daha sonra digər çıxışçılar- Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov "Ulu öndərin arzuları gerçəkləşir", ADPU-nun kafedra müdirləri ,akademik Hüseyn Əhmədov "Heydər Əliyev və milli təhsil quruculuğu",  professorlar Əbdül Əlizadə "Heydər Əliyev : Dövrün əzəmətli, fəlsəfi, sosioloji və psixopedaqoji problemləri", AMEA- nın müxbir üzvü Vəli Əliyev "Naxçıvan tarixinin, maddi və mənəvi mədəniyyətinin tədqiqinə Heydər Əliyev qayğısı" mövzularında məruzələr  etdilər. Məruzələrdə o da xüsusi vurğulandı ki, ümummilli lider, Azərbaycan xalqının böyük oğlu, əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyevin milli ideologiya, dövlətçilik və azərbaycançılıq konsepsiyası  bu gün onun ən layiqli davamçısı olan  ölkə başçısı  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Samirə KƏRİMOVA