|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Paytaxt məktəblərinə reydlərimiz davam edir Budəfəki reydlərimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və "Xəzər" televiziyasının əməkdaşları ilə birgə keçirildi Noyabrın
6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
ümumtəhsil məktəblərində
təlim-tərbiyə prosesinin vəziyyətini öyrənmək,
mövcud nöqsan və çatışmazlıqların aşkara
çıxarılması məqsədi ilə idarə
əməkdaşlarının KİV nümayəndələri
ilə birlikdə keçirdiyi reydə paytaxtın 258 nömrəli
məktəbindən başlandı. Təhsil ocağının
II "Q", II "A", XI "A", XI
"D" və IX "A" siniflərinin hər
birində bir-iki şagird dərsə gəlməmişdi.
İki-üç şagirddən savayı, hamı
məktəbli forması geymişdi. Məktəbli kitabçalarında
əksər fənlərin adı qarşısında
qiymət yazılmamışdı. Jurnalların da bir çoxunda
şagirdlərə müxtəlif tarixlərdə qaib və
qiymətlər qoyulmamışdı. Şagird və müəllimlər
üçün dərs cədvəlləri tərtib edilib divardan asılmışdı.
Bəzi sinif və kabinetlərin tərtibatı aşağı
səviyyədə idi. Kitabxananın vəziyyəti
isə qənaətbəxş idi. Həmin gün Bakı şəhərindəki
Məzahir Rüstəmov adına 32, N.Rzayev adına 169 və
94 nömrəli orta məktəblərdə də olduq. Bu
təhsil ocaqlarında da hər sinifdən iki-üç
nəfər dərslərdə iştirak etmirdi. Hər
sinifdə üç-dörd nəfəri çıxmaqla hamı
məktəbli forması geyinmişdi. Bu
məktəblərdə də əsasən yuxarı sinif
şagirdləri nə gündəliklərini, nə də müəllimlər
dərs dedikləri fəndən onlara qiymət yazmışdı.
Direktorlarla, sinif rəhbərləri ilə, müəllimlərlə,
şagirdlərlə aparılan söhbətlər,
sual-cavablar reyd iştirakçılarını əsasən
razı salırdı. Biz
bu məktəblərdə kompüter otaqlarına, idman zallarına
da baş çəkdik. Xırda nöqsanlar olsa da, ümumilikdə
dərslərin keyfiyyəti qənaətbəxş idi. Bizimlə bu reyddə iştirak edən Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin ümumi
təhsil sektorunun müdiri Firudin Həmzəyev sonda bildirdi
ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
bu ilin noyabr ayının 10 günü ərzində keçirəcəyi
belə reydlərin nəticələri ümumiləşdirilərək,
müzakirə ediləcək. Xüsusi ilə
məktəblərdə IX-XI siniflərin dərsə
davamiyyəti, məktəbli formasına keçməklə
əlaqədar Təhsil Nazirliyinin verdiyi əmrdən ötən
bir ildəki vəziyyət, məktəbli kitabçasından
istifadə, şagirdlər və müəllimlər üçün
dərs cədvəllərinin vəziyyəti,
məktəbin daxilində, həyətində və
kənarında olan təmizlik, sinif jurnallarının
vəziyyəti, müəllimlərin proqramlarının
və icmallarının varlığı, təsdiqi,
istifadəsi, sinif və kabinetlərin tərtibatı,
məktəbdaxili nəzarətin təşkili, bir sıra
vacib əmrlərin - dərs bölgüsü, I, X siniflərin
komplektləşməsi, seçmə fənlərə saatların
ayrılması, dərsdənkənar məşğələlərin
təşkili, kitabxananın vəziyyəti, müəllimlərin
geyiminə diqqət və s. sahələrdə qarşıya
çıxan problemlərin tezliklə aradan qaldırılması
üçün operativ tədbirlər görüləcək... Firudin müəllimlə söhbətdən o da
aydın oldu ki, aparılan belə reydlər təhsil
ocaqlarında nizam-intizamın yüksəlməsi ilə
bərabər, direktor və müəllimlərin
məsuliyyət hissini artırır. Bu günə kimi
həm Təhsil Nazirliyinin, həm də Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin apardığı
belə reydlər, sözün həqiqi mənasında, öz yüksək
bəhrəsini verir. Bu da danılmaz bir həqiqətdir
ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi
yarandığı gündən, xüsusilə son iki ildə
paytaxt məktəblərində müsbət yönümdə çox
böyük işlər görmüşdür. Dərsə
davamiyyət, nizam-intizam, dərs keyfiyyətinin yüksəlməsi
istiqamətində yüksək nəticələr
əldə olunmuşdur. Əlbəttə, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin apardığı bu
məqsədyönlü işlərdən vaxtaşırı
bəhs edəcəyik. ƏDALƏT, fotolar Fazil İDRİSOĞLUNUNDUR
Yeni məktəblərimiz Balakən
rayonu Ə.Şirinov adına Qaravəli kənd orta
məktəbin binası 2008-ci ilin sentyabrında
istifadəyə verilib. Dövlət vəsaiti hesabına inşa
edilmiş 2 korpusdan ibarət 360 şagird yerlik
məktəb ikimərtəbəlidir. Təhsil ocağında 18 sinif otağı,
fənn kabinetləri, kompüter otağı, akt və idman
zalları, kitabxana, yeməkxana, yüksək
səviyyədə qurulmuş istilik sistemi vardır.
Məktəbin giriş hissəsi və
dəhlizlərində tərtibat işləri aparılıb.
Həyətyanı sahə abadlaşdırılıb. Fazil İDRİSOĞLU
|