ˇ Ana səhifə

ˇ Rəsmi

ˇ Heydər Əliyev Fondu

ˇ Əmrlər, sərəncamlar

ˇ Təhsil Nazirliyində

ˇ Xəbərlər

ˇ Pedaqoji yazılar

ˇ Məktəblərimiz


ˇ Bizimlə əlaqə

 

Naxçıvan MR təhsil nazirinə, Bakı ŞTİ-nin müdirinə, Gəncə şəhər Tİ-nin rəisinə, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli, 2292 šli Sərəncamı ilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" təsdiq olunmuşdur. "Milli Strategiya"nın icrasına dair Təhsil Nazirliyinin 04.12.2007-ci il tarixli, 1225 šli əmri ilə fəaliyyət planı (2007-2011-ci illər) təsdiq edilərək bütün struktur bölmələrə göndərilmişdir.

Rəhbərlik etdiyiniz təhsil müəssisəsində və ya qurumunda həmin fəaliyyət planının yerinə yetirilməsi vəziyyəti barədə hər 6 aydan bir, o cümlədən cari ilin dekabr ayında 6 aylıq (iyul-dekabr 2008-ci il) hesabat verməli olduğunuzu nəzərinizə çatdırırıq.

Tərtib edilən hesabatda fəaliyyət planının hər bir bəndi və yarımbəndləri üzrə 6 ay ərzində görülmüş işlər, tərəfdaş qurumlar, icra müddəti, maliyyə mənbəyi və s. məsələlər öz əksini tapmalı, əldə edilmiş nəticələr qeyd olunmalıdır.

Əlavə edirik ki, Sizin hesabatlar əsasında 2008-ci ilin sonunadək nazirlik tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına 6 aylıq hesabat təqdim olunacaqdır.

Ona görə də rəhbərlik etdiyiniz təhsil müəssisəsi və ya qurum üzrə hesabatın 20 dekabr 2008-ci il tarixədək nazirliyə təqdim olunmasını xahiş edirik.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

24 noyabr 2008-ci il

 

 

 

 

 

 

 

Respublika müsabiqəsinin keçirilməsi haqqında 

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq,  bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək, onları rəğbətləndirmək məqsədilə

ƏMR EDİRƏM:

1. Təhsil sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, həmin məktəblərin məşqçi-müəllimləri və idmançıları arasında aşağıdakı nominasiyalar üzrə Respublika müsabiqələri təşkil olunsun:

* "İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi"

* "İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi"

* "İlin ən yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi"

* "İlin ən yaxşı idmançısı"

* "İlin ən yaxşı şahmatçısı"

* "İlin ən yaxşı məşqçi-müəllimi"

2. Respublika müsabiqəsi  Təhsil Nazirliyinin 03.12.2004-cü il tarixli,  873 nömrəli əmri ilə təsdiq olunmuş qaydalara uyğun olaraq keçirilsin.

3. Müsabiqənin respublika mərhələsi 2009-cu ilin yanvar ayında Bakı şəhərində keçirilsin.

4. Naxçıvan MR Təhsil Nazirliyi, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə  Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri bu əmrdən irəli gələn  vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlər görsünlər, respublika müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında məlumatları (əlavə 1, 2, 3) 20 dekabr 2008-ci ilə qədər nazirliyin "Təhsil" Respublika İdman Mərkəzinə təqdim etsinlər.

5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov), müsabiqənin yüksək səviyyədə təşkili üçün təşkilati işlər görsün və yerli təhsil şöbələrinə köməklik göstərsin.

6. İqtisadiyyat şöbəsi (H.Zeynalov) müsabiqə qaliblərinin mükafatlandırılması üçün 1000 (min) manat vəsait ayrılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.

8. ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılaraq təhsil şöbələrinə göndərilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın. 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

4 dekabr 2008-ci il

 

 

 

 

Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumtəhsil müəssisələrinə

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını rəhbər tutaraq 2008-2009-cu dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanmışdır. Bununla əlaqədar Təhsil Nazirliyi üzrə 20 oktyabr 2008-ci il tarixli, 1154 nömrəli əmrlə Təşkilat Komitəsi yaradılmış, daxil olan sənədlərin ekspertizasını aparan işçi qrupları təşkil edilmişdir.

Bildiririk ki, müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2008-ci il dekabrın 10-dan başlanıb 2009-cu il fevralın 1-dək yekunlaşdırılacaqdır**. Müsabiqədə iştirak etmək istəyənlər tərəfindən Təşkilat Komitəsinə aşağıdakı sənədlər təqdim olunmalıdır:

 

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə

 

1. Müsabiqədə iştirakla bağlı məktəb direktoru və məktəb həmkarlar təşkilatı sədrinin təhsil şöbəsində (idarəsində) qeydiyyata alınmış birgə ərizəsi (forma əlavə edilir) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin və TİAHİ rayon təşkilatı  sədrinin həmin məktəbin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə birgə təqdimatı (forma əlavə olunur)***.

2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə məktəbin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur).

3. Şərtlərlə əlaqədar məktəbin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəbin direktoru tərəfindən təsdiq edilir).

4. Son 3 ildə məktəbdə təhsil və əmək qanunvericiliyinə, təhlükəsizlik və sanitar tələblərə əməl olunması vəziyyəti barədə məktəb direktorunun arayışı (yerli həmkarlar təşkilatının rəsmi sənədləri əsasında yazılır və həmin sənədlərin kserosurətləri əlavə olunur).

5. Məktəbin fəaliyyəti haqqında R(Ş)TŞ(İ) müdirinin qısa arayışı.

2, 3, 4 və 5-ci bəndlərdə göstərilən tələblərə riayət edilməklə məktəb direktoru və məktəb həmkarlar təşkilatının sədri müsabiqədə iştirak üçün Təşkilat Komitəsinə birbaşa da müraciət edə bilər.

 

"Ən yaxşı müəllim" müsabiqəsi üzrə****

 

1. Müsabiqədə iştirak etmək istəməsi barədə müəllimin Təşkilat Komitəsinə ərizəsi***** (forma əlavə olunur).

2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə müəllimin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur).

3. Şərtlərlə əlaqədar müəllimin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəb direktoru tərəfindən təsdiq edilir).

4. Müəllim haqqında məktəb direktoru və məktəb həmkarlar təşkilatı  sədrinin  qısa  xasiyyətnaməsi.

*  Naxçıvan MR-də müsabiqələr bilavasitə muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən təşkil olunur.      

** Müəyyən olunmuş müddətdən sonra Təşkilat Komitəsinə daxil olan sənədlər qəbul edilməyəcəkdir.

*** Rayon (şəhər) tabeliyi olmayan ümumi təhsil müəssisələrinin direktorları Təşkilat Komitəsinə birbaşa müraciət edirlər.

**** Əsas iş yeri ümumtəhsil məktəbi olan və müəllim işləyənlər (Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan müəllimlər, habelə direktor, direktor müavinləri və məktəb psixoloqları istisna olunmaqla) iştirak edə bilərlər.

***** Ərizə elektron poçt vasitəsi ilə də göndərilə bilər

([email protected]).

Müvafiq sənədlər (formalar) rayon (şəhər) təhsil şöbələrinə göndərilmişdir.

 

Təşkilat Komitəsi