· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Misir Mərdanov: "Müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir"

ölkənin təhsil nazirinin təhsil sahəsində yeniliklər və görülən işlər barədə "Exo" qəzetinə müsahibəsi

 

- Son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclərin artması tendensiyası müşahidə olunur. Bu artım təhsilin inkişafında nə dərəcədə öz əksini tapır?

- ölkəmizdə təhsilə dövlət qayğısının nəticəsidir ki, son beş ildə təhsil sektoruna ayrılan büdcə 5 dəfədən çox artaraq cari ildə 1,1 milyard təşkil etmiş, 2009-cu ildə isə 1,3 milyard manat proqnozlaşdırılmışdır, investisiya qoyuluşları isə 5,8 milyondan 220 milyon manata çatmışdır. ölkəmizin təhsil tarixində ilk dəfə olaraq 14 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş  proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi və buna müvafiq yeni dərslik siyasətinin həyata keçirilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

- Son illər Azərbaycanda müasir standartlara cavab verən çoxlu sayda tədris müəssisələri tikilib istifadəyə verilib. Nazirlik gələcəkdə daha hansı layihələr həyata keçirməyi planlaşdırır?

- Son illərdə 350 min şagird yerlik 1600 yeni məktəb binasının tikilməsi çağdaş təhsil tariximizin ən parlaq səhifələrindən biridir. Məktəblərin tikintisi, əsaslı təmiri, təchizatı sahəsində tədbirlər artıq intensiv xarakter almışdır və ardıcıl davam etdirilir. Yalnız cari ildə 161 yeni məktəb istifadəyə verilmiş, 129 məktəb əsaslı təmir edilmişdir. Beləliklə, son illərdə 700 mindən çox şagird, yəni ölkənin bütün şagirdlərinin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə etmişdir.

çox əlamətdardır ki, genişmiqyaslı məktəb tikintisi ilə yanaşı, məktəblərin təmirinə və təchizatına dövlət qayğısı sayəsində bu dövrdə 300-dək məktəb əsaslı təmir edilmiş, yeni tikilən və əsaslı təmir edilən məktəblərlə bərabər, daha 506 məktəb də müasir avadanlıqlarla təmin olunmuşdur. Cari ilin sonunadək ölkə üzrə istilik sistemi bərpa edilmiş məktəblərin sayı  500-ü ötəcəkdir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində 43770 şagird yerlik 226 yeni məktəb tikilmişdir. 39 məktəb, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəb əsaslı təmir olunub müasir avadanlıqlarla təmin edilmiş, 8 uşaq bağçasında bərpa işləri aparılmışdır.

Eyni zamanda ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Resrublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na əsasən 2008-2012-ci illərdə zəruri ehtiyac nəzərə alınmaqla daha 450 məktəb üçün yeni binanın inşası, 600-dən çox məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur.

- İnformasiya cəmiyyətinin yarandığı bir dövrdə məktəblər İKT ilə necə təmin olunur? 

- ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş 2005-2007-ci illəri əhatə edən "ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı"nın yerinə yetirilməsi ilə məktəblərimizin V-XI siniflərində hər 29 şagirdə 1 komrüter nisbəti təmin edilmişdir. Halbuki proqramaqədərki dövrdə bu göstərici 1000 şagirdə 1 kompüter nisbətində idi. Eyni zamanda məktəblər noutbuk və proyektorla təchiz olunmuşdur. Proqramın tələbinə görə indiyədək beynəlxalq təşkilatlarla 20 minə yaxın müəllim və məktəb rəhbəri öyrədici treninqlərdə müvafiq İKT bacarıqlarına yiyələnmiş, ilk dəfə olaraq Azərbaycan tarixi, kimya, fizika, biologiya fənləri üzrə elektron təlim materialları və əyani vəsaitlər hazırlanıb məktəblərə çatdırılmış, bir neçə məktəbdə "elektron məktəb" layihəsinə başlanılmışdır.

Qeyd edim ki, dövlət başçısının sərəncamı ilə "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" təsdiq edilmişdir. Cari ildə 200 məktəbin genişzolaqlı sürətli İnternetlə təmin olunması, DATA mərkəzin, elektron tədris resursları bazasının, vahid təhsil rortalının yaradılması və digər məsələlər nəzərdə tutulmuşdur. Onu da diqqətinizə çatdırım ki, məktəblərimiz DATA mərkəzdə yerləşdiriləcək İKT resurslarından istifadə edəcək, İnternetə yalnız bu mərkəz vasitəsilə qoşulacaqdır. Həmin mərkəzin texniki imkanları şagirdlərin mənəviyyatına zərər vura bilən məlumat və təsvirlərdən istifadəni mümkünsüz edəcəkdir.

- Orta məktəb dərslikləri ilə bağlı vəziyyət necədir?

- 2003-2008-ci illərdə Azərbaycan və rus dillərində ümumilikdə 30 milyon nüsxə dərslik çap edilmişdir. Cari ildə isə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllim üçün vəsait artıq məktəblərə çatdırılmışdır. 2005-ci ildən etibarən bütün şagirdlərimiz dərsliklərlə pulsuz təmin olunurlar və qürur hissi ilə deməliyəm ki, bu sahədə Azərbaycan MDB məkanında yeganə ölkədir.

ötən illərdə Gürcüstandakı Azərbaycan məktəbləri, Dağıstandakı azərbaycandilli məktəblər, MDB ölkələrində, habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya və ABŞ-dakı təlim Azərbaycan dilində olan bazargünü məktəbləri müvafiq dərsliklərlə təmin edilmişdir. Dərslik təminatı ilə yanaşı, bu dövrdə məktəb kitabxanalarının latın qrafikası ilə çap edilmiş uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə zənginləşdirilməsi şagirdlərin mütaliə imkanlarının genişləndirilməsində mühüm rol oynamışdır. Uzun illərdən bəri problem kimi qalmış bir məsələ də artıq öz həllini tapmışdır. Belə ki, son iki ildə 19 adda 351 min nüsxədən çox xəritə çar olunub məktəblərə çatdırılmış, Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda 1,4 milyon nüsxədə tədris-əyani vəsaitlər hazırlanaraq yeni dərs ili ərəfəsində məktəblərə verilmişdir. 

Bu dərs ili həm də təhsil tariximizdə ilk dəfə olaraq yeni fənn kurrikulumları əsasında hazırlanmış dərslik, müəllimlər üçün vəsait və şagirdlər üçün iş dəftərindən ibarət dərslik komplektinin tətbiqi ilə əlamətdar olmuşdur.

- Təhsilin məzmununda islahatların aparılması zərurəti nə ilə bağlıdır? Məlumdur ki, cari dərs ilindən orta məktəblərdə yeni kurrikulumların tətbiqinə başlanmışdır.

- Dünya Bankının maliyyə yardımı ilə həyata keçirdiyimiz islahatyönümlü tədbirlərin böyük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlmişdir. Əsas məqsədimiz şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir.

Təlimin məzmunu təriflərin, düsturların, tarixi gün və hadisələrin əzbərlənməsinə, nəzəri materialların mənimsənilməsinə deyil, şagirdlərdə yaradıcı düşünmə, müstəqil öyrənmə və qərarqəbuletmə, təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq bacarıqlarının, iradi keyfiyyətlərin formalaşmasına yönəlməlidir. Azərbaycanda 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-tədris prosesinin sistemli planlaşdırılmasını özündə əks etdirən kurrikulum islahatları adı altında aparılır. Azərbaycan hökuməti tərəfindən 30 oktyabr 2006-cı ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulumu)" sənədinin  və bu sənədin tələblərinə uyğun hazırlanıb təsdiq edilmiş fənn kurrikulumlarının didaktik əsasını nəticəyönümlülük, tələbyönümlülük və şəxsiyyətyönümlülük prinsipləri təşkil edir. Nəticəyönümlülük təhsil pillələri, siniflər və fənlər üzrə əldə olunacaq təlim nəticələrinin əvvəlcədən müəyyən edilməsini, tələbyönümlülük təlim məqsədlərinin cəmiyyətin, dövlətin və fərdin tələbatına cavab verməsini, şəxsiyyətyönümlülük isə hər bir təhsilalana meyil, maraq və qabiliyyəti nəzərə alınmaqla zəruri həyati bacarıq və vərdişlərin aşılanmasını özündə ehtiva edir. Eyni zamanda yeni kurrikulumlar tərbiyə probleminə müasir yanaşmaları əks etdirməklə təlimin tərbiyəedici funksiyasını da özündə cəmləşdirmişdir. Bildiyiniz kimi, yeni kurrikulumlarla tədrisə cari dərs ilindən etibarən I siniflərdən başlanmış və beləliklə, ümumi təhsil sistemində yeni mərhələnin təməli qoyulmuşdur.

- Son zamanlar orta məktəblərdə şagirdlərin biliyinin qiymətləndirilməsi sahəsində dəyişikliklər barədə cəmiyyətdə müzakirələr aparılır. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- ümumi təhsilin məzmununun getdikcə yeniləşdirilməsi mahiyyət etibarilə şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində də yeni mexanizmlərin tətbiqini zəruri edir. Yeri gəlmişkən, bir çoxları "qiymətləndirmə" dedikdə bunu yalnız təhsilalanın təlim nəticələrinə aid edirlər. Hesab edirəm ki, bu, yanlış təsəvvürdür. Təhsilalanın biliyinə verilən qiymət həm də müəllimlərin və məktəbin fəaliyyətinə verilən qiymət kimi qəbul olunmalıdır.

Etiraf edək ki, bu gün məktəblərimizdə tətbiq olunan qiymətləndirmə sistemi müəllimin subyektiv mülahizələrinə əsaslanır, şagirdlərdə təlimə marağı, məsuliyyət hissini artırmaq əvəzinə, əksinə, azaldır, onların inkişafını sistemli şəkildə izləməyə imkan vermir. Ona görə də şagird, bir qayda olaraq, qiymət almaq xatirinə oxuyur. Bütün bu arqumentlər yaxın gələcəkdə məktəblərimizdə şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin köklü şəkildə dəyişdirilməsini, ən başlıcası, gündəlik qiymətləndirmənin aradan qaldırılmasını zəruri vəzifə kimi qarşıya qoyur. Bununla əlaqədar nəzərdə tuturuq ki, cari dərs ili ərzində məktəbdaxili qiymətləndirmənin elmi-metodik əsaslarını və təşkilati mexanizmlərini işləyib hazırlayaq və eksperimentdən keçirərək növbəti dərs ilindən tətbiqinə başlayaq.

Məktəbdaxili qiymətləndirmənin mühüm bir tərkib hissəsi şagirdlərin bilik, bacarıq və vərdişlərinin yekun attestasiyası, yəni buraxılış imtahanlarıdır. Hər hansı bir məktəbin fəaliyyətinin keyfiyyət səviyyəsi daha çox təhsilalanların buraxılış imtahanlarında göstərdikləri nəticələrlə ölçülür. Bildiyiniz kimi, 2006-cı ildən etibarən mərhələlərlə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına başladıq. Yeni formanın tətbiqi bir çox müsbət cəhətləri ilə əlamətdardır. Belə ki, imtahanların bir gündə neytral mərkəzlərdə keçirilməsi, nəticələrin texniki vasitələrlə yoxlanması və qısa zamanda elan edilməsi subyektivliyi minimuma endirməklə təhsil orqanlarının, məktəb rəhbərlərinin, müəllimlərin, şagird və valideynlərin məsuliyyətini artıran vacib amillər kimi meydana çıxır. İmtahanların həmin qaydada təşkili əksəriyyət tərəfindən rəğbətlə qarşılanır. Cari dərs ilindən başlayaraq ölkənin bütün ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş imtahan formasının tətbiqi nəzərdə tutulur.

Yeri gəlmişkən, bəzi hallarda orta təhsil kursu üzrə mərkəzləşdirilmiş buraxılış imtahanlarını TQDK-nın keçirdiyi qəbul imtahanları ilə eyniləşdirirlər. Lakin bu imtahanlar həm nəzəri, həm də praktik baxımdan bir-birindən fərqlənir. Belə ki, TQDK-nın keçirdiyi imtahanlar bütün məzunları əhatə etmir, ixtisaslardan asılı olaraq məhdud sayda fənlər üzrə abituriyentlərin faktiki biliyi qiymətləndirilir, onların orta təhsil üzrə nailiyyətləri nəzərə alınmır. Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş imtahanlar isə orta məktəblərin bütün XI sinif şagirdlərini əhatə edir,  bütün əsas fənlər üzrə onların nailiyyətləri qiymətləndirilir, eləcə də təhsilalanların əvvəlki illərdə və buraxılış sinfində fənlər üzrə bacarıqları qiymətləndirilir. 

- Təhsilin səviyyəsinin və müəllimlərin peşəkarlığının artırılması istiqamətində Təhsil Nazirliyi hansı tədbirləri həyata keçirir?

- Son 5 ildə orta məktəb məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşmış, 600-dən çox bal toplayanların sayı 2 dəfədən çox artaraq 766-dan 1582 nəfərə çatmışdır. İmtahan iştirakçıları arasında 300-dən yuxarı bal toplayanlar 2004-cü ildəki 22,84 faizdən 2008-ci ildə 30 faizədək artmışdır. Cari ildə 6 nəfər şagird 700 bal toplamışdır. Təhlil göstərmişdir ki, ötən dərs ilində orta məktəbləri fərqlənmə attestatı ilə bitirənlərin 99 faizi yüksək nəticələrlə ali məktəblərə qəbul olunmuşdur. Halbuki əvvəlki illərdə bu göstərici 50 faizlik həddi keçmirdi. Hesab edirəm ki, bu, son illərdə Təhsil Nazirliyi tərəfindən yeni qiymətləndirmə mexanizminin tətbiqi ilə bağlıdır.

Keyfiyyət göstəricilərinin yüksəlməsi Bakı şəhərinin timsalında daha aydın görünür, hesab edirəm ki, bu da bilavasitə 2006-cı ilin martında Təhsil Nazirliyinin tabeliyində vahid idarəetmə orqanının- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılması nəticəsində mümkün olmuşdur. Belə ki, 2008-ci ildə ali məktəblərə qəbul faizi 2006-cı ildəki 34,79 faizdən 39,22 faizə, 300-dən çox bal toplayanlar 32,40 faizdən 40,12 faizə, əlaçı məzunlardan 500-700 bal toplayanlar 41,70 faizdən 72,0 faizə, 600-dən yuxarı bal toplayanların sayı isə 452-dən 702-yə yüksəlmişdir.

Son illərdə dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında məktəblilərimizin 12 qızıl, 24 gümüş, 59 bürünc medal qazanması da ölkədə təhsilin keyfiyyət göstəricilərinin artmasına real sübutdur.

Sözsüz ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Təkcə son 5 ildə 900-dən çox təhsil işçisi Prezident sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüşdür. Son zamanlar məktəblərin pedaqoji kadrla təmin edilməsində ciddi dəyişikliklər baş verib.

Əgər 5 il əvvəlki dövrə nəzər salsaq, kənd yerlərində 7 min nəfərədək pedaqoji kadra ehtiyac yaranması ciddi narahatlıq doğururdu. Bu problemin həllində Azərbaycan hökumətinin 2004-cü ilin noyabrında təsdiq etdiyi "2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı" mühüm rol oynadı.  Proqrama əsasən indiyədək ucqar kənd məktəblərinə güzəştli şərtlərlə 4788 müəllim göndərilmişdir. 2009-cu ildə isə daha 1308 müəllimin ucqar kənd məktəblərinə təyin olunması nəzərdə tutulur.

Son illərdə müəllimlərin peşəkarlığının artırılması, əlavə təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişiklikləri aparılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Bu prosesdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, o cümlədən Britaniya Şurası, YUNİSEF və digər qurumlarla əməkdaşlıq ümumi işə xeyli fayda vermiş, 12 min müəllim müasir təlim strategiyaları əsasında təşkil olunan treninqlərdən, öyrədici təlim kurslarından keçirilmiş, eyni zamanda 950 nəfər xüsusi kurslar vasitəsilə "məşqçi müəllim" kimi hazırlanmışdır.

- Məlumdur ki, təhsil məktəbəqədər təhsil müəssisələrindən başlayır. Bundan sonra da uşaq bağçalarının səviyyəsi yüksəldiləcəkmi?

- Təəssüf ki, təhsil sisteminin bu vacib sahəsində ictimaiyyəti razı salan uğurlu nəticələrə hələ tam nail ola bilməmişik. Ona görə də uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi xeyli müddətdir ki, 16 faizdən yuxarı qalxmır. Halbuki həmin göstərici inkişaf etmiş ölkələrdə 90-100 faiz təşkil edir. Bu mənada ölkə Prezidenti tərəfindən təsdiq edilən 2007-2010-cu illəri əhatə edən "Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı" xüsusi əhəmiyyət daşıyır. Proqramın reallaşdırılmasına başladığımız qısa müddət ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. Son 20 ildə ilk dəfə olaraq Bakı şəhərində 11 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 20 uşaq bağçası əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təmin olunmuşdur. Eyni zamanda bu müəssisələr üçün 24 adda 254 min nüsxədə təlim materialları hazırlanmışdır.  Görülmüş işlərin nəticəsidir ki, Bakı şəhərində məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artmışdır. Baxmayaraq ki, paytaxtda 113 uşaq bağçası özəlləşdirilmişdir, ötən dərs ilinə nisbətən cari dərs ilində şəhərin məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların sayı 1305 nəfər artmışdır.

- Sirr deyil ki, texniki peşə təhsili sistemi iflic vəziyyətə düşmüşdür. İndi bu vacib sahənin inkişafına cəmiyyətdə çox böyük ehtiyac duyulur. Müasir tələb olunan peşə sahələri üzrə mütəxəssislərin hazırlanması ilə bağlı Təhsil Nazirliyi hansı tədbirlərin həyata keçirilməsini planlaşdırır?

- Sosial-iqtisadi infrastrukturun qurulmasında müstəsna əhəmiyyət kəsb edən, təhsil sistemimizin vacib pilləsi olan texniki peşə təhsilinə uzun müddətdən bəri lazımi diqqət ayırmaq mümkün olmamışdır. Bu gün texniki peşə təhsili müəssisələrinin binaları elmi, maddi və texniki bazası müasir standartlarla uyğun gəlmir. İnanıram ki, ölkə Prezidentinin 2007-ci ilin iyul ayında təsdiq etdiyi "Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nın reallaşdırılması bu vacib sahədə ciddi dönüş yaradacaq. Texniki peşə təhsili sistemində maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmənin və kadr hazırlığı işinin təkmilləşdirilməsi, peşə təhsilinin ictimai statusunun yüksəldilməsi və onun məzmununun müasir tələblər səviyyəsində yeniləşdirilməsi Proqramın başlıca məqsədlərini təşkil edir.

Proqram çərçivəsində Avrora Təhsil Fondu ilə İsmayıllı rayonunda turizm və otelçilik üzrə reşə məktəbinin yenidən qurulması, Böyük Britaniya şirkəti ilə Bakı şəhərində avtomobil sənayesi üzrə ixtisaslaşmış reşə təhsili müəssisəsinin bazasında təlim mərkəzinin təşkili, Avstriya təşkilatı ilə Biləsuvar rayonundakı məcburi köçkünlər üçün tikilib istifadəyə verilən qəsəbələrin birində kənd təsərrüfatı sahəsi üzrə reşə məktəbinin yaradılması, Cənubi Koreyanın "Daewoo" şirkəti ilə Bakı şəhərində ali texniki reşə təhsili komrleksinin inşası, üUNESKO ilə reşə təhsilinin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Düşünürəm ki, dərs ilinin əvvəlində Qəbələdə turizm və otelçilik üzrə müasir tələblərə cavab verən reşə tədris mərkəzinin açılması proqramın həyata keçirilməsi istiqamətində atılan ilk uğurlu addımlardan biri kimi yadda qalacaqdır. Onu da qeyd edim ki, Dövlət Proqramına əsasən yaxın gələcəkdə daha bir neçə belə mərkəz yaradılacaqdır. Bundan əlavə, cari ilin sonunadək 8 reşə təhsili müəssisəsinin əsaslı təmiri başa çatdırılacaqdır.

- Ali təhsil cəmiyyətin daha çox marağında olan əsas sahələrdən biridir. Azərbaycanın Boloniya Bəyannaməsinə qoşulmasından ötən müddət ərzində bu sahədə hansı dəyişikliklər baş vermişdir?

- Son illərdə  ali təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, Boloniya Bəyannaməsinin müddəalarına uyğun olaraq, ali təhsil sisteminin yeniləşdirilməsi və təhsilin keyfiyyətinin ümumavropa tələblərinə uyğunlaşdırılmasına ciddi diqqət yetirilmişdir. İlk növbədə, bakalavr hazırlığının yeni nəsil dövlət standartları və akkreditasiya qaydaları hazırlanıb təsdiq olunmuşdur. 2006-cı ilin sentyabrından 21 ali məktəbdə 30 ixtisas üzrə kredit sisteminin tətbiqinə başlanmış, 15 ali və 6 orta ixtisas təhsili müəssisəsi akkreditasiyadan keçirilmişdir. Boloniya rrosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan biri dirlomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm əhəmiyyət kəsb edən dirloma əlavənin hazırlanmasıdır. Buna görə Avrora Komissiyası, Avrora Şurası və üUNESKO tərəfindən hazırlanmış dirloma əlavənin vahid modeli əsasında Təhsil Nazirliyində dirloma  əlavənin  nümunəsi hazırlanaraq təsdiq edilmişdir.

Bunlarla yanaşı, müəllim hazırlığı sisteminin təkmilləşdirilməsinə yönəlmiş "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" sənədi hökumət tərəfindən təsdiq edilmiş, gələcək müəllimlərə təlim texnologiyaları üzrə zəruri bacarıqların aşılanmasına xidmət edən və Azərbaycan təhsili üçün tamamilə yeni olan "Təhsilin əsasları" fənninin dərsliyi hazırlanıb nəşrə təqdim olunmuşdur.

Təhsil Nazirliyi tərəfindən "2009-2013-cü illərdə Azərbaycan Resrublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsini, eyni zamanda üUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun hazırlanmış ixtisasların yeni siyahısı hazırlanıb hökumətə təqdim edilmişdir.

Proqram layihəsində normativ-hüquqi bazanın, məzmunun və təlim texnologiyalarının yeniləşdirilməsi və digər bu kimi aktual istiqamətlər öz əksini tapmışdır.

- Təhsil Nazirliyi xaricdə təhsil üzrə proqram həyata keçirir...

- Hazırda 4000  nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsillərini müvəffəqiyyətlə davam etdirir, onlardan 1000 nəfəri dövlət hesabına təhsil alanlardır. Bu tələbələrin böyük əksəriyyəti Türkiyə, Rusiya, çin, Misir, çexiya, Slovakiya kimi ölkələrdə təhsil alırlar. Son illərdə ACCELS, İREX təşkilatlarının xətti ilə 1000 nəfərdən çox təqaüdçü ABŞ-ın ali məktəblərində təhsil almışlar. Almaniya Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən 700-dən artıq gənc alim üçün təqaüd proqramları reallaşdırılmışdır.

ötən ilin arrelində ölkə Prezidentinin imzaladığı sərəncamla "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edildi, xaricdə kadr hazırlığının daha sistemli şəkildə həyata keçirilməsinə geniş imkanlar açıldı. Proqramın əsas məqsədi 2007-2015-ci illərdə xaricdə təhsil almağa göndərilənlərin sayının 5000 nəfərə çatdırılmasıdır. Proqrama əsasən iki il ərzində 200-dən çox gənc dünyanın 15 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura və doktorantura rillələrində iqtisadiyyat, tibb, ekologiya, kənd təsərrüfatı, İKT, sənaye və digər sahələr üzrə təhsil almağa göndərilmişdir. Bu ölkələrin arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Yeni Zelandiya, Avstraliya, Yaponiya, Cənubi Koreya, İsveç, Niderland, İsveçrə, İspaniya, çexiya, Kanada kimi ölkələri göstərmək olar.

Cari ildə Dövlət Proqramının icrası ilə bağlı ABŞ hökuməti, Almaniya Akademik Mübadilə Xidməti (DAAD) və Fransanın KNOUS təşkilatı ilə Təhsil Nazirliyi arasında sazişlər imzalanmışdır. Ali təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı da ilbəil artır. Əgər 2003-cü ildə Azərbaycanın ali məktəblərində 28 ölkədən 1850 nəfər əcnəbi tələbə təhsil alırdısa, hazırda onların sayı 50 ölkəni təmsil etməklə 6500 nəfərə çatmışdır.

Dilarə ƏLİZADƏ