· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Buraxılış sinif şagirdlərinin nəzərinə

Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, cavab kartı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada keçirilən test yoxlama imtahanları 2009-cu ilin fevral ayında texniki peşə liseylərində, mart-aprel aylarında ümumtəhsil məktəblərində, buraxılış imtahanları isə 2009-cu ilin iyun ayında keçiriləcəkdir.

Yoxlama imtahanın fənlər üzrə nəticələri sinif jurnalına yazılır və ikinci yarımilliyin qiymətləri çıxarılarkən nəzərə alınır. İmtahan aparılan fənlər üzrə yekun attestat qiyməti hər bir fənn üzrə yoxlama imtahanının nəticələri, X  XI (XII) siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaqdır.

20 dekabr 2008-ci il tarixində Bakı şəhərinin ümumtəhsil məktəblərində keçiriləcək məktəbdaxili imtahan isə yalnız sınaq məqsədi daşıyır. Bu sınaq imtahanı mart ayında Təhsil Nazirliyi tərəfindən cavab kartı tətbiq etməklə mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanına hazırlıq üçün aparılır, nəticəsi qiymətləndirilmir və yekun attestat qiymətinə təsiri yoxdur.

 

 

Şəkidə zona müşavirəsi

Dekabrın 17-ə Şəki Rayon Təhsil Şöbəsində respublikanın ümumtəhsil məktəbləri üçün Milli Kurrikulum əsasında hazırlanmış I sinif dərslik komplektlərinin tətbiqinin monitorinqi, qiymətləndirilməsi və Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,  Qəbələ rayon müəllimlərinə əməli kömək göstərilməsi məqsədilə Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri    dərslik müəlliflərinin iştirakı ilə zona müşavirəsi keçirildi. Müşavirədə Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov, Faiq Şahbazlı,Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurrikulum  Mərkəzinin direktoru Ənvər Abbasov, Təhsil Nazirliyinin baş məsləhətçisi Hüseyn Quliyev, dərslik müəlliflərindən Rafiq Yusifoğlu, Aybəniz İbrahimova, Gülər Mehdiyeva və Nayma Qəhrəmanova iştirak edirdilər.

ümumtəhsil məktəblərinin I siniflərində dərs deyən müəlimlərdən Rəxşəndə Səmədova (Zaqatala), Simayə Abuzərova (Şəki), Zinyət Hacıyeva (Qax), Qönçə İslamova (Oğuz) və başqaları I siniflər üçün Milli Kurrikulum əsasında  hazırlanmış dərsliklərlə bağlı çıxış etdilər. Tədbir  diskussiya şəklində başa çatdı.

 

Şakir CƏFƏROV