|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
2009-cu ilin "Uşaq ili" elan edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasında uşaqlara dövlət
qayğısının gücləndirilməsi, uşaq
problemlərinə vətəndaş cəmiyyəti
qurumlarının diqqətinin artırılması və
ölkənin uşaqlarla bağlı demoqrafik
perspektivlərinin müəyyənləşdirilməsi
məqsədi ilə qərara alıram: 1. 2009-cu il Azərbaycan Respublikasında
"Uşaq ili" elan edilsin. 2.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Səhiyyə
Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət
Statistika Komitəsi və digər aidiyyəti qurumlarla
birlikdə 2009-cu ilin "Uşaq ili" elan edilməsi
ilə bağlı tədbirlər planını bir ay
ərzində hazırlayıb təsdiq üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin. 3. Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2008-ci il
|