|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Narkomaniyaya yox deyək Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-na Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə 10 sentyabr 2008-ci il
tarixindən "İnkişaf" Sosial və İqtisadi
Araşdırmalar İctimai Birliyi tərəfindən
"Orta məktəblərdə narkomaniyaya qarşı
təbliğat kampaniyasının təşkili"
layihəsi həyata keçirilir. Layihə çərçivəsində
Bakı və Şirvan şəhərlərinin
məktəblərində "Narkomaniyaya qarşı mübarizə"
sənədli filmi nümayiş etdirilmiş, təbliğat
xarakteri daşıyan "Narkomaniyaya yox deyək!"
bukletləri paylanmışdır.
Məruzələrdə narkomaniyanın insan orqanına
mənfi təsirlərindən və cəmiyyətə
gətirdiyi bəlalardan danışılmış, uşaqların
fikirləri öyrənilmişdir. Sonda isə şagirdlərin
arasında "Narkomaniyanın xətaları" adlı
rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə iştirak
edən beş şagirdin rəsmləri münsiflər
tərəfindən seçilmişdir. Layihənin
nəticələrinə dair dekabrın 26-da keçiriləcək
mətbuat konfransında qaliblər diplom və mükafatlarla
təltif olunacaqlar. Diaspora nümayəndələri BSU-da Dekabrın 13-də Dünya Azərbaycanlılarının
Koordinasiya Şurasının iclasında iştirak
edən müxtəlif ölkələrdən gəlmiş
diaspora nümayəndələri BSU-nun qonağı oldular.
Soydaşlarımız universitetlə yaxından tanış
oldular. BSU-da fəaliyyət göstərən
"Heydər Əliyev məktəbi" radio qovşağından
universitetdaxili efirə çıxaraq görülən işlər
barədə ətraflı məlumat verildi. BSU-nun rektoru,
AMEA-nın müxbir üzvü, professor K.Abdullayevlə görüşən
diaspora nümayəndələri BSU ilə təmsil
etdikləri ölkələrin ali təhsil ocaqları arasında
gələcəkdə həyata keçiriləcək
tədbirlər barədə müzakirələr apardılar. Şakir CƏFƏROV "Xurşidbanu Natəvan" tamaşası yeni quruluşda Dekabrın 24-də Azərbaycan Dövlət
Opera və Balet Teatrında Qafqaz Universitetinin teatr
dərnəyinin hazırladığı "Xurşidbanu
Natəvan" tamaşasının təqdimatı oldu.
Tamaşadan əvvəl çıxış edən Qafqaz
Universitetinin rektoru Ahmet Saniç bildirdi ki, son 2 il
ərzində universitetin teatr dərnəyinin üzvlərinin
iştirakı ilə F.Karrintinin "Təhsil haqqını
geri qaytarın", Ağalar Mehdiyevin "Başlanğıc",
Əli Əhmədlinin "Qanlı Bənövşə"
tamaşaları səhnələşdirilmişdir. Görkəmli dramaturq İlyas Əfəndiyevin
tarixi mövzuda qələmə aldığı "Xurşidbanu
Natəvan" əsərini tələbələr yeni
quruluşda təqdim etmişlər. Sənətşünaslıq
namizədi Zəminə Axundovanın quruluş verdiyi tamaşada
baş rolları Qafqaz Universitetinin
tələbələri Könül Hacıyeva və Fuad
Cəfərli oynayırdılar. Böyük uğurla keçən
tamaşa universitetin tələbə və müəllimləri,
dəvət olunmuş qonaqlar tərəfindən
dəfələrlə alqışlandı. Tamaşanın
sonunda çıxış edən "çağ" öyrətim
işlətmələri şirkətinin prezidenti Ənvər
özərən tələbələri uğurlu çıxışları
münasibəti ilə təbrik etdi və
fərqlənənlər mükafatlandırıldılar. Lalə YUSİFQIZI
|