· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Məktəblərdə bayram tədbirləri

Martın 14-də Bakıdakı 54 nömrəli orta ümumtəhsil məktəbində xalqımızın müqəddəs bayramlarından biri olan Novruz bayramına həsr olunan  "Bahar gəlir yurdumuza" adlı tədbir keçirildi.  Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən məktəbin direktoru Sahibə Abbasova Novruz bayramının tarixi haqqında məlumat verdi.

Tonqala od vuruldu. Bahar qızı, Kosa və Keçəl  ağ atlı faytonda məktəbin həyətinə daxil oldular. Onlar milli rəqslər ifa edərək xalq inanclarından, deyimlərindən söyləyərək, bayrama aid rəngarəng səhnəciklərlə tədbiri daha da yaddaqalan və maraqlı etdilər.

Tədbirin sonunda şagirdlərin hazırladığı milli bayrama aid şəkillər nümayiş olundu, qaliblər mükafatlandırıldı.

***

Bayram tədbiri 291 nömrəli "Araz" Ekologiya Liseyində də qeyd edildi.  Təhsil ocağının kollektivini, valideynləri, şagirdləri və qonaqları müqəddəs bayramımız olan Novruz münasibətilə ürəkdən təbrik edən məktəbin direktoru Südabə Mikayılova  bu tədbirin digərlərindən bir qədər fərqləndiyini dedi. Bildirdi ki, tədbir siniflər arasında xonça müsabiqəsindən bəhs edir.

Şagirdlər bayram axşamında stola düzülən bişmələrin və digər ədviyyatların  rəmzləri haqqında tədbir iştirakçılarına məlumat verdilər.

Tədbir şagirdlərin ifasında bir-birindən maraqlı rəqs nömrələri və Novruza həsr olunan şeirlərlə başa çatdı.

 

Rəşad ZİYADOV