|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təcrübə "Riyaziyyat-1" dərslik komplektinin üstünlüyünü sübut edir Keçən
əsrin 90-cı
illərindən ölkəmizdə başlayan köklü dəyişikliklər
bütün sahələrdə olduğu kimi, təhsildə
də əsaslı islahatlar aparılmasını və
bunun tərkib hissəsi olaraq təhsilin məzmununun
yeniləşdirilməsini həyatın
tələbi kimi meydana çıxardı.
Hazırda təhsil sahəsində keçirilən
islahatlar məhz təhsilin məzmununun yeniləşməsinə
yönəldilmişdir. Müasir dövrün
tələblərinə görə
təlimin məzmunu sadəcə təriflərin, düsturların,
tarixi hadisələrin, nəzəri materialların
mənimsənilməsinə, mexaniki
əzbərlənməsinə deyil, şagirdlərdə
təşəbbüskarlıq, yaradıcı düşünmək,
mühakimələr apararaq nəticə çıxarmaq,
sərbəst qərar qəbul etmək, tətbiq və
tədqiqatçılıq bacarıqlarının formalaşmasına
yönəldilməlidir. Belə məzmun dəyişiklikləri
təlim-tədris proseslərinin sistemli planlaşdırılmasını
özündə əks etdirən kurikulum islahatları adı
altında aparılır. Riyazi biliklərə malik olmadan müasir
texniki vasitələrlə davranmaq, müxtəlif
sosial-iqtisadi, siyasi informasiyaları əldə etmək
və qavramaq çox çətindir. Riyaziyyat müasir ixtisas
sahələrinin çoxu ilə birbaşa bağlı olduğundan,
baza riyazi hazırlığı olmadan insanın
təhsilini daha yüksək pillədə inkişaf
etdirməsi mümkün deyil. Bütün bunlar nəzərə alınaraq
Azərbaycan hökuməti tərəfindən 30 oktyabr 2006-cı
ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında
ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)"
sənədində ümumi təhsilin bütün
pillələrində riyaziyyatın tədris olunması müəyyən
edilmişdir. Riyaziyyat şəxsiyyətin ümumi inkişafına
güclü təsir göstərməklə yanaşı, onun
xarakterinin formalaşmasında, nitqinin, dilinin,
təfəkkürünün, mənəvi keyfiyyətlərinin
inkişafında, ilkin axtarıcılıq, ümumiləşdirmə
aparmaq, nəticə çıxarmaq və tətbiq etmək
kimi bacarıq və vərdişlərinin yaranmasında müsbət
rol oynayır. İbtidai təhsil pilləsində
riyaziyyatın tədrisi vasitəsi ilə şagirdlərin
hesab əməllərini yerinə yetirmələri, yazılı
və şifahi hesablama alqoritmlərinə
yiyələnmələri, ədədi ifadələri
hesablama, mətnli məsələləri
təhliletmə, ilkin ölçmə vərdişlərinə,
ilkin fəza və həndəsi təsəvvürlərə
malik olmaları, verilmiş məlumatları təsnif
etmələri təmin olunur, onlarda riyazi bilikləri gündəlik
həyatda tətbiq etmək vərdişləri formalaşır. Təbii ki, yuxarıda sadalananların hamısını
indiyə qədər şagirdlərin istifadə
etdikləri dərsliklərlə həyata keçirmək mümkün
deyildi. Ona görə də müasir dövrün
tələblərinə uyğun olaraq təhsildə aparılan
məzmun dəyişikliklərini hər bir şagirdin
imkan və ehtiyaclarının nəzərə alınmasını
özündə əks etdirən yeni dərsliklərin hazırlanmasına
zəruri ehtiyac yarandı. Kurikulum islahatları ilə əlaqədar
Təhsil Nazirliyinin hazırladığı Nazirlər
Kabinetinin təsdiq etdiyi ümumi təhsil sistemində
dərslik siyasəti sənədinə əsasən görkəmli
alimlər, pedaqoqlar və tanınmış təhsil mütəxəssislərinin
daxil olduğu Dərslikləri Qiymətləndirmə
Şurası yaradılmışdır. Şuranın
qərarı ilə hazırda istifadə olunan
"Riyaziyyat-1" dərslik komplekti (dərslik, müəllim
üçün vəsait, şagirdlər üçün iş
dəftəri) daha yüksək qiymətləndirilmişdir. Yeni dərsliyin məzmunu əvvəlki
dərsliklərdən köklü surətdə
fərqlənir. Belə ki, bu dərslik Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri
üçün riyaziyyat kurikulumunda (I-IV siniflər) I siniflər
üçün nəzərdə tutulmuş məzmun standartlarına
nail olunmasına xidmət edir. Dərslik komplektindəki
materiallar, tapşırıq, oyun, məşğələlər,
suallar, şəkillər təsadüfi seçilməmiş, mövzu
üzrə müəyyən olunmuş bacarıqları formalaşdırmağa
yönəldilmişdir. Ayrı-ayrı
məktəblərin, eyni zamanda liseyimizin birinci
siniflərində dərs deyən müəllimlərin
həmin dərslik komplekti haqqında xoş sözlərinin
şahidi olmuşuq. Dərslikdə
qoyulmuş suallar düşündürücüdür, məntiqi çalışmalar
şagirdlərin bilik, bacarıq və
qabiliyyətlərini inkişaf etdirir. Struktur və
məzmun baxımından tamamilə yeni olan
"Riyaziyyat-1" dərsliyi müəllimləri yeni axtarışlara sövq edir,
dərslikdə verilən oyunlar uşaqların bacarıqlarını,
nitqini inkişaf etdirir, şagirdlərdə bir-birini
dinləmək qabiliyyətini formalaşdırır, onları
müstəqil, sərbəst fikir söyləməyə alışdırır.
Həmin oyunlar həm də şagirdlərdə öyrəndikləri
bilikləri tətbiq etmək bacarığı formalaşdırır. ümumtəhsil məktəbləri üçün
Riyaziyyat kurikulumunda fənnin məzmun standartları
siniflər üzrə sistemləşdirilmişdir və aşağıdakı
beş məzmun istiqaməti müəyyən edilmişdir:
1) Ədədlər və
əməllər, 2) Cəbr və funksiyalar, 3)
Həndəsə, 4) ölçmələr,
5) Statistika və ehtimal. Ədədlər və əməllər
məzmun xəttində "Toplama və çıxma"nın
tədrisi zamanı ədəd oxundan istifadə
edilməsi yeni ideya olmaqla hesab edirik ki, çox düzgün addımdır.
Bəzən birmənalı qarşılanmasa da, təcrübədə
kiçikyaşlı şagirdlərə bu əməlləri
başa düşərək icra etməyə kömək edir.
Liseyimizdə dinlənilən dərslər zamanı şagirdlər
artan sıra ilə və tərsinə geri saymaqla,
həm də ədəd oxu üzərində irəli və
geri hərəkət etməklə toplama və çıxma
əməllərini asanlıqla yerinə yetirdiklərini müşahidə
etmişik. Dərs zamanı toplama və çıxma
əməli ilə bağlı aşağıdakı
kimi tapşırıqlar şagirdlər üçün heç bir çətinlik
törətmədi, əksinə, onların marağına
səbəb oldu. Təcrübə bir daha sübut etdi ki, İ
sinif şagirdləri bu kimi hesablamanı çox asanlıqla
yerinə yetirə bilirlər. Eyni zamanda bu iki
əməlin yazılışında da indiyə
qədərki dərsliyə nisbətən yenilik vardır.
Belə ki, I sinif üçün
əvvəlki "Ryaziyyat" dərsliyində yazılış
ancaq sətirlə aparılırdısa, yeni
dərslikdə bu əməllər domino daşlarının
köməyi ilə, eyni zamanda həm sətirlə, həm
də sütun şəklində
yerinə yetirilir. Bu zaman şagirdlər toplama və çıxma
əməlini iki üsulla yazma bacarığına
yiyələnirlər. Ədədin ikiqatı anlayışından
da dərslikdə ilk dəfə istifadə olunub. Liseyin
ibtidai sinif müəllimi Zəminə Mehdiyevanın I "Q"
sinfində bu mövzuda
dərsini dinləyərkən şahidi olduq ki,
şagirdlər bu termini də çox asanlıqla qavraya və
tətbiq edə bilirlər. Belə ki, müəllimin
"Yeddi almanı 2 nəfər arasında necə bölmək
olar" sualına cavabın tapılması zamanı
şagirdlərə izah etdi ki, bunu
3 ədədinin ikiqatı ilə 1-in cəmi şəklində
göstərmək olar. 7 = 3 + 3 + 1. Deməli, 7 ədədi
3-ün ikiqatından 1ədəd çoxdur.
Yəni, hər birinə 3 alma düşür və 1 alma
qalır. Bu mövzu gələcəkdə şagirdlərə
"Qalıqlı bölmə"nin
mənimsədilməsinə zəmin yaradır. Dərsliyin 64-cü səhifəsində şagirdlər
yeni bir terminlə "Ədədlər ailəsi"
termini ilə tanış olurlar. Yəni, 5 + 1 =6 ;
1+5=6; 6 - 1 = 5; 6
- 5 = 1 misallarında şagirdlər istifadə olunan 1, 5, 6
ədədlərinin bir
ailə təşkil etdiyini anlayırlar. Dərslikdə maraqlı
cəhətlərdən biri də hər mövzudan sonra
"ümumiləşdirici tapşırıqlar"ın
verilməsidir. 66-cı səhifədə toplama və çıxmaya
aid ümumiləşdirici tapşırıqların
verilməsində hər iki əməlin müxtəlif üsullarla
yerinə yetirilməsi tələbi qoyulmuş, ümumiləşdirici
tapşırığın sonunda isə "Misalları
istədiyin üsulla həll et" tapşırığı
verilmişdir. Sonuncu tapşırıq şagirdləri bir
daha düşünməyə vadar edir və məntiqi
təfəkkürü inkişaf etdirir. 71-ci səhifədə isə iki
ədədlə toplama və çıxma
məntiqi şəkillər üzrə yerinə
yetirilir. Bu tipli tapşırıqlar inkişafetdirici
təlimin bir nümunəsidir. Dərslikdə şagirdlər
həndəsi fiqurlar haqqında da ilkin məlumatlar
əldə edirlər. Belə ki, şagirdləri bu mövzunun
tədrisi zamanı həndəsi fiqurları tanımaq,
onları çəkmək, rənginə, ölçüsünə,
formasına görə qruplaşdırmaq bacarıq və
vərdişləri əldə edirlər. Eyni zamanda onlar
simmetriya oxlarını çəkmə və onların sayını
tapma vərdişlərinə də
yiyələnirlər. Liseyin ibtidai sinif müəllimi
"Riyaziyyat-1" dərsliyinin rəyçilərindən
biri olan Gülüş Məmmədovanın I "D"
sinfində "Simmetriya" mövzusuna aid ümumiləşdirici
dərsini dinləyərkən
bir daha şahidi olduq ki,
şagirdlər fiqurun simmetriya oxunu çəkməkdə
və onların sayını tapmağa aid suallara cavab
verərkən elə bir ciddi çətinlik çəkmirlər.
Dərs zamanı şagirdlər həndəsi fiqurların
simmetriya oxlarını çəkdilər və asanlıqla
onların sayını söylədilər. "Dairənin
neçə simmetriya oxu var" sualına "çoxlu sayda"
cavabını çətinlik çəkmədən söylədilər.
Bu dərsdə onlar "çoxlu sayda" ifadəsi
əvəzinə "Sonsuz sayda" ifadəsini öyrəndilər.
Bu da onu göstərir ki, fənn kurikulumunda müvafiq məzmun
xəttinə verilən standartların
tələbi tam yerinə yetirilmişdir. Yeni dərsliyin əsas xüsusiyyətlərindən
biri də "Qrafik məlumat"ların verilməsidir.
Bu zaman şagirdlər onlara tanış olmayan
"Barqraf", "Teliqraf", "Piktoqram" anlayışları
ilə tanış olurlar və bu anlayışların nədən ibarət olduğunu öyrənirlər.
Bu mövzuların tədrisi gələcəkdə
"Qrafiklər və funksiyalar" mövzusunun daha asanlıqla
mənimsənilməsinə zəmin yaradır. "Riyaziyyat-1" dərslik komplektinin hazırlanmasını
kurikulum islahatı ilə əlaqədar görülmüş müsbət
işlərin düzgün nəticəsi və ölkəmizdə
həyata keçirilən yeni dərslik siyasəti ilə
əlaqədar atılmış uğurlu addım hesab
edirik. Kurikulum islahatlarının
tələblərinə cavab verən ilk dərslik yazmaq
həddən artıq ağır və məsuliyyətli
bir işdir. N.Qəhrəmanova və C.Əsgərovanın
müəllifləri olduqları "Riyaziyyat-1"
dərslik komplekti bu sahədə ilk və uğurlu bir addımdır.
İlk iş olduğundan bu komplektdə bəzi nöqsanların
da olması təbiidir. Fikrət XƏLİLOV, Heydər Əliyev adına liseyin direktoru, əməkdar müəllim |