· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Biləsuvarda yeni məktəb binası istifadəyə verilib

    

Bu günlərdə Biləsuvar rayonunun Ağayrı kəndində Təhsil Nazirliyi tərəfindən inşa edilmiş ikimərtəbəli,  220 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Müasir tipli təhsil ocağı 11 sinif otağı, 2 fənn laboratoriyası,  kompüter otağı, idman zalı, 2 emalatxana, akt zalı, kitabxana  ilə təchiz edilib.

Bu gün   Ağayrı   kəndində yaşayan  bütün   sakinlər böyük sevinc içərisindədirlər və onlar  övladlarının yaxşı oxuyub tərbiyə almaları üçün  ölkənin təhsil sisteminə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 

 

Bir məktəbin altı şagirdi qızıl medal qazanıb

Bakıdakı 31 nömrəli məktəbin şagirdləri  Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyi tərəfindən  bu il  müxtəlif idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr qazanıblar. 8-ci "B" sinif şagirdləri Ruslan Əliyev sambo güləşi üzrə 60 kq. çəki dərəcəsində,Valeh Mehdiyev isə cüdo üzrə 46 kq. çəki dərəcəsində 1 yeri tutaraq qızıl medala sahib  olublar.  Vaqif Cəfərov pankration  idman növü üzrə 40 kq. çəki dərəcəsində 1  yerə layiq görülərək  qızıl  medal qazanıb. Doqquzunculardan Nicat Zeynalov əlbəyaxa döyüş üzrə 55 kq. çəki dərəcəsində, Babaş Məmmədov cüdo üzrə 50 kq. çəki dərəcəsində və Əli Mahmarzayev sərbəst güləş növü üzrə  yarışlarda qələbə qazanaraq qızıl medalla təltif olunmuş, Azərbaycan çempionu adını qazanmışlar.