· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 86-cı ildönümü qeyd olundu

Aprelin 28-də görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın adını daşıyan orta məktəbdə anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. öncə Fəxri xiyabanı ziyarət edən qonaqlar sonra akademik Zərifə Əliyeva adına məktəblə tanış oldular. "Xatirələrdə yaşayan" adlı tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, əməkdar müəllim, YAP Qadınlar şurasının sədri Nurlana Əliyeva, millət vəkilləri və digər qonaqlar iştirak edirdilər.

Məktəbin direktoru Məhəbbət Vəliyeva tədbiri açıq elan etdikdən sonra son bir ildə tədris müəssisəsində görülən işlər, qazanılmış nailiyyətlər və perspektiv planlar haqqında geniş məlumat verdi. Bildirdi ki, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbdə təhsil alan şagirdlər Zərifə xanımın həyat və fəaliyyətini dərindən öyrənirlər. Sonra "Tədris prosesində müasir pedaqoji texnologiyalar: zənginlik və müxtəliflik, məqsədyönlülük və effektivlik" mövzusunda nümunəvi dərslərin İnternetdə nümayişi oldu. Məktəbin rəsmi saytının açılışından sonra şagirdlərin ifasında "Zərifə Əliyeva - ana, qadın və alim" mövzusunda təqdimat keçirildi.

Təhsil naziri Misir Mərdanov çıxış edərək Zərifə xanım Əliyevanın adını daşıyan orta məktəbin bir ildəki fəaliyyətinə müsbət münasibət bildirdi. Bütün sahələrə, o cümlədən təhsilə göstərilən dövlət qayğısını diqqətə çəkərək vurğuladı ki, Zərifə Əliyeva adına məktəbdə çalışan müəllimlərin, təhsil alan şagirdlərin məsuliyyəti daha böyükdür. Onların qazandıqları uğurlar digər təhsil müəssisələrinə nümunə olmalıdır. Professor Misir Mərdanov çıxışında müəllim nüfuzunun artırılmasının vacibliyini və bu işdə valideynlərin fəallığını xüsusi qeyd etdi.

Keçilən nümunəvi dərslərin İnternet vasitəsilə nümayiş etdirilməsindən  məmnun qalan nazir həlli vacib olan digər məsələlərə də toxundu. Lazımi tövsiyələrini verdi. Əmin olduğunu bildirdi ki, akademik Zərifə xanım Əliyeva adına orta məktəbin yetirmələri bir neçə il ərzində daha böyük uğurlara imza atacaqlar. Sonra qonaqlar nümunəvi dərslər keçilən otaqlara baş çəkdilər.

Sonda məktəbin həyətyanı ərazisində ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirələrini əbədiləşdirmək məqsədilə uzunömürlü 2 çinar ağacı əkildi.

 

Fazil İDRİSOĞLU