· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

   

Heydər Əliyev Fondu Marneulidəki Humanitar Universitetin kitabxanasına 100-dək kitab hədiyyə edib

Heydər Əliyev Fondunun göndərdiyi 42 adda 100-dək kitab Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzindəki Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin kitabxanasına hədiyyə edilmişdir.

 

Azərbaycan, gürcü, ingilis və rus dillərindəki kitablar Azərbaycan-Gürcüstan münasibətlərindən, Dağlıq Qarabağ müharibəsinin ağrı-acılarından bəhs edir.

Kitabların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gürcüstanlı soydaşlarımıza göstərdiyi qayğıdan, ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza doğma münasibətinin Azərbaycan rəhbərliyi tərəfindən davam etdirilməsindən danışmış, qiymətli töhfəyə görə Fonda təşəkkür etmişdir.

Universitetin rektoru Novruz Bayramov Heydər Əliyev Fondunun universitetə hədiyyəsinə, qayğı və diqqətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Səfir Namiq Əliyev Marneuli rayonunun Alget kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan məscid binasında işlərin gedişi ilə tanış olmuş, yerli əhali ilə görüşmüşdür.

 

AzərTAc