· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Spartakiadaya yekun vuruldu

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 27 fevral 2009-cu il tarixli birgə qərarına müvafiq olaraq mayın 1-dən 31-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının  86-cı ildönümünə həsr olunmuş Spartakiada  keçirilmişdir.

 

Spartakiadanın proqramına 6 idman növü, o cümlədən şahmat, dama, nərd, stolüstü tennis, voleybol və futzal daxil olmuşdur. Spartakiada yarışlarında 14 ali təhsil müəssisəsinin komandaları iştirak etmişdir.

Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlar Həmkarlar İttifaqının Yasamal rayonundakı şahmat-dama klubunda, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Texniki Universitetinin idman zallarında keçirilmişdir.

Spartakiadanın başa çatması ilə əlaqədar  2009-cu il iyunun 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında bağlanış mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev açaraq ölkə Prezidentinin idmana qayğısından, ölkəmizdə idmanın inkişafından və belə yarışların gələcəkdə də keçiriləcəyindən söhbət açdı. Daha sonra Təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək qalibləri təbrik etdi.

Mərasimin sonunda spartakiada  qaliblərinə kuboklar və mükafatlar təqdim olundu.