· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Təhsil Nazirliyində görüş

 

İyunun 2-də təhsil naziri Misir Mərdanov Bolqarıstan Respublikası Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Borislav Borisov, Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinov və səfirliyin digər əməkdaşları ilə görüşüb.

öncə qonaqları səmimi salamlayan nazir Azərbaycanla Bolqarıstan arasında mövcud olan ikitərəfli əlaqələrdən söz açıb.

Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Borislav Borisov öz ölkəsinin təhsil sistemi, onun strukturu və rəhbərlik etdiyi təhsil müəssisəsi barədə geniş məlumat verib. Qonaq həmçinin Bolqarıstandan kənarda təhsil alan gənclər, orta məktəblərin mövcud vəziyyəti və ümumilikdə təhsil sahəsi üzrə görülən işlərdən də bəhs edib.

Nazir də öz növbəsində ölkəmizin ali və orta təhsil sistemi, aparılan islahatlar, dərsliklərlə təminat, yeni tikilən məktəblər haqqında danışıb, müvafiq statistikanı qonağın diqqətinə çatdırıb.

Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin qurulması, müəllim və tələbə mübadiləsinin aparılması, birgə elmi konfransların keçirilməsi, eləcə də digər məsələlər müzakirə edilib.