|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Texniki
peşə təhsil müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ölkənin dinamik inkişaf edən iqtisadiyyatının müvafiq kadrlara olan
ehtiyacının ödənilməsində texniki peşə təhsili mühüm rol oynayır. Bu
sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə
qəbul edilmiş bir sıra dövlət proqramlarında öz əksini tapmışdır.
Hazırda respublikada 108 texniki peşə təhsili müəssisəsi mövcuddur.
Respublikanın peşə məktəbi və peşə liseylərində 130 peşə üzrə 25 mindən
artıq şagird təhsil alır.
"Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasının
sürətləndirilməsi, habelə texniki peşə təhsil müəssisələrinin tikintisi
və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə qərara
alıram:
1. 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki,
bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin
maliyyələşdirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2009-cu il.
Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ölkəmizdə məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması,
uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi
şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması, təlim-tərbiyə
prosesinin məzmunca yeniləşdirilməsi istiqamətində ardıcıl tədbirlər
görülür.
Hazırda respublikada 100 mindən çox uşağı əhatə edən 1604 məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərir.
"Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı (2007-2010-cu illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasını
sürətləndirmək məqsədi ilə qərara alıram:
1. ölkədə məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması
işlərinin davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat
məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki,
bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin
maliyyələşdirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2009-cu il.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil
sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli, 349
nömrəli və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
haqqında əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say
həddinin təsdiq edilməsi barədə" 2006-cı il 19 aprel tarixli, 394
nömrəli fərmanlarına əlavələr və dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının
Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 10 iyul tarixli, 121 nömrəli fərmanının
icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasında təhsil sisteminin
təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 13 iyun tarixli, 349 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 6, maddələr 428,
431, N 8, III kitab, maddə 614; 2001-ci il, N 7, maddə 459; 2006-cı il,
N 9, maddə 743; 2007-ci il, N 10, maddə 945; 2008-ci il, N 6, maddə 496)
2-ci bəndində "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin,"
sözlərindən sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin,"
sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel
tarixli, 394 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, N 4, maddə 326; 2008-ci il, N 2, maddə 50,
N 4, maddə 260, N 6, maddə 508) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"də:
2.1. 10.10.6-cı yarımbənddə "rəhbərlərini," sözü "rəhbərlərini (Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi istisna
olmaqla)," sözləri ilə əvəz edilsin;
2.2. Əsasnaməyə aşağıdakı məzmunda 10.10.6-1-ci yarımbənd əlavə edilsin:
"10.10.6-1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Akademiyasının rəisinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdimat verir, Akademiyanın rəisinin
təqdimatına əsasən Akademiyanın rəis müavinlərini vəzifəyə təyin edir;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2009-cu il.
P.H.Süleymanovun Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin Akademiyasının rəisi təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2009-cu il.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Azərbaycan Respublikasının
əməkdar elm xadimi"
Nuriyev Əli Xudu oğlu
"Azərbaycan Respublikasının
əməkdar müəllimi"
Bayramov Akif Əmirxan oğlu
Məmmədov Cabir Ağaəli oğlu
Rəsulov Tofiq Əli oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2009-cu il.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Abdullayeva Zeynəb Həsənbala qızı
Azadov Eldar Həsənxan oğlu
Əliyeva Roza Əli qızı
İsgəndərov Mustafa Namaz oğlu
Mehdəliyev Ağamehdi İbadulla oğlu
Mehrəliyev Eybəli Qara oğlu
Məmmədova Sevil İmamverdi qızı
Səlimov Sadıq Məmmədzaman oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2009-cu il.
|