· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan məktəblərində "Xocalıya ədalət"

kampaniyasına start verilib

 

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏUİKGF) mətbuat departamentindən AzərTAc-a bildirmişlər ki, təşkilat yeni dərs ilinin birinci həftəsindən başlayaraq Azərbaycanda fəaliyyət göstərən bütün orta məktəblərdə "Xocalıya ədalət" beynəlxalq məlumat və təbliğat kampaniyası, həmçinin Azərbaycan tarixi fənni çərçivəsində şagirdlər üçün Xocalı qətlanı haqqında məlumatlandırıcı proqram həyata keçirməyə başlamışdır.

Tədbirin məqsədi şagirdlərdə Xocalı faciəsi haqqında bilikləri artırmaq, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vasitələri barədə uşaqlarda ilkin bacarıqları formalaşdırmaqdır.

Yeni tədris ilinin ilk iki həftəsində orta məktəblərin aşağı sinif şagirdləri üçün Azərbaycan tarixi fənni tədrisi zamanı, yuxarı sinif şagirdlərinə isə Azərbaycan tarixi və informatika dərslərində Xocalı qətlanı və "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında məlumat verilməsi nəzərdə tutulur. Eyni zamanda şagirdlərə İnternet səhifəsində yerləşdirilmiş və Xocalı qətlanını pisləyən, beynəlxalq ictimaiyyəti bu faciəyə mənəvi-siyasi qiymət verməyə çağıran kampaniyanın bəyannaməsini imzalamaqla bağlı məlumat veriləcəkdir.

Kampaniyaya ilk qoşulan məktəb bakının Səbail rayonunun 6 nömrəli orta məktəbi olmuşdur. Məktəbin yuxarı sinif şagirdləri artıq bəyannaməni imzalamış və xaricdə yaşayan həmyaşıdlarına bu kampaniyaya qoşulmaq barədə elektron məktublarla müraciət etmişlər.

Forumun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına bu il fevralın 25-26-da dünyanın 25 ölkəsində uğurla start verilmişdir. Kampaniya çərçivəsində DƏUİKGF-nin təşəbbüsü ilə İslam Konfransı Təşkilatı (İKT) sammiti və İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin konfransı tərəfindən qəbul olunmuş qətnamələrdə Xocalı faciəsi beynəlxalq təşkilatlar tərəfindən ilk dəfə olaraq insanlığa qarşı cinayət olan "kütləvi qırğın" kimi qiymətləndirilmişdir. Kampaniyanın beynəlxalq səviyyədə təbliğatı www.justiceforkhojaly.org İnternet səhifəsi vasitəsilə davam edir.