· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ağsuda Heydər Əliyev Fondunun təşəbbüsü ilə

uşaq-gənclər bədii yaradıcılıq məktəbi üçün bina tikiləcək

 

Ağsu şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq-gənclər bədii yaradıcılıq məktəbi üçün bina inşa olunacaqdır.   Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində inşa olunacaq bina üçün artıq ərazidə 0,56 hektar torpaq sahəsi ayrılmışdır.

Məktəb binasının layihəsi Fövqəladə Hallar Nazirliyinin "Azkommunlayihə" İnstitutu tərəfindən hazırlanmışdır. Müasir memarlıq üslubunda inşa ediləcək binanın əsas korpusu ikimərtəbəli olacaqdır. Ərazidə həmçinin nasosxana, qazanxana, transformator yarımstansiyası, istirahət guşəsi yaradılacaqdır.

Uşaq-gənclər bədii yaradıcılıq məktəbinin inşasına yaxın vaxtlarda başlanacaqdır. Binanın gələn ilin oktyabrında istifadəyə verilməsi nəzərdə tutulur.

 

AzərTAc